Hulusi Akar Fransa Senatının qətnaməsinə münasibət bildirib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirib.

Anadolu İA-nın verdiyi xəbərə görə, H. Akar Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyib.

“Fransa Senatının qəbul etdiyi qətnamə Qarabağ probleminin niyə 30 ildir həllini tapmadığının açıq göstəricisidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır. Bu qətnamə isə bunun belə olmadığını, Fransanın Qarabağ məsələsində həllin deyil, problemin parçası olduğunu bir daha nümayiş etdirib”, — deyə nazir vurğulayıb.

Bu xəbəri paylaşın: