Ermənistanda itkin düşən və şəhid olmuş əsgərlərin yaxınları Baş nazir Nikol Paşinyanın avtomobil kortejinin qarşısını kəsiblər.
Bu bu barədə «Mediaport» «Telegram» kanalı məlumat yayıb.
Bildirilib ki, onlar Paşinyandan itkilərlə bağlı cavab verməsini tələb ediblər. O isə saymamazlıq edərək xidməti avtomobilindən enməyib.
Polis zor tətbiq edərək aksiya iştirakçılarını kortejin qarşısından uzaqlaşdırıblar.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirməkdən gəlirmiş.
O, iclasda Qarabağ fiaskosuna görə məsuliyyət daşımaqla yanaşı, ölkənin gələcəyi ilə bağlı da cavabdehlik daşıdığını söyləyib. Hökumət rəhbəri istefa verməyəcəyini deyib və 2021-ci ilin iyun ayına qədər xalqdan vaxt istəyib.
«Mənim 2021-ci ilin iyununa qədər olan dövrü əhatə edən «yol xəritsə»si planım ölkəni rifaha gətirəcək. İndi ən önəmli olan, dövlətçiliyi möhkəmləndirmək və vətəndaşların respublikaya inamını bərpa etməkdir».