AVMVİB sədri F. Rzaquliyev: «Durmaq yox, yola davam»…

Müsaibimiz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevdir. Bir çoxlarımızı və müharibə veteranlarını maraqlandıran suallarla AVMVİB sədrinə müraciət etdik.

— Uzun illər sonra xalqımız, xüsusən də müharibə veteranlarımız öz arzularına çatdılar. Bu Zəfəri çoxmu gözlədiniz? 

— Çox gözlədik. Amma gec olsa da, güc oldu. Bu gün müzəffər bir xalqın övladları kimi danışırıq. Bu illər ərzində ilk dəfə Şəhidlər Xiyabanına sıxılmadan getdim. Döyüşçü qardaşlarımın hüzurunda bu Qələbənin möhtəşəmliyini hiss elədim. Azərbaycan Ordusu problemin ən doğru yolunu tapdı və bizi 30 ildir aldadan beynəlxalq siyasi fırıldaqçıların məkirli oyunbazlığından xilas etdi. Bu şanlı Tarixi yazdığı üçün ilk növbədə Azərbaycan əsgərinə və Ali Baş Komandan cənab İlham Əliyevə bu xalq, o cümlədən də biz veteranlar əbədiyyən minnətdarıq. Bu şərəfli yolda yüzlərlə gəncimiz şəhid oldu, amma hədəfləri bəlli olduğuna görə, Liderləri bəlli olduğuna görə kimsə hədəfdən yayınmadı. Düşmənin bütün əks — hücumlarının qarşısı alındı. Əzmkarlıq qarşısında işğalçı düşmənin cılızlığını hər biriniz gördünüz. Şuşa kimi hərbi-strateji bir qalanın azad edilməsini dünya şok kimi qarşıladı. Bu hərb sistemlərində əsrarəngiz bir əməliyyat kimi qeyd ediləcək. Bunu planlaşdıran Komandanlığa eşq olsun!

Bu gün Azərbaycan əsgərinin qorxusundan və vahiməsindən gözü böyümüş düşmən məğlubiyyət acısını həzm edə bilmir. Özlərinə təsəlli vermək üçün az qala dünyanın bütün dövlətlərinin bizə «kömək etdiyini» və hətta robotların, yad planetlilərin də bizimlə birgə olduğunu uydururlar. Azərbaycan əsgəri bir dastan yazdı. Bu dastanın hər sətri qanla yazılıb. Hər səhifədə minlərlə adsız qəhrəmanımızın bir igidnaməsi var. Bir xalq üçün bundan gözəl bir dastan ola bilməz. Bu şərəfli yolda öz canlarından keçən şəhidlərimizə Allahdan rəhmət və yaralı aslanlarımıza şəfa diləyirəm. Onlar əsil hərbçi kimi mümkünsüzü mümkün etməyi bacardılar. 

— Hərdən Birinci və İkinci Qarabağ müharibəsi deyərək paralellər aparan savadsız analitiklər, hərbdən xəbərsiz ekspertlər ortaya çıxır və haqlı olaraq veteranlar bu cür çıxışlar təpki ilə qarşıladılar. Bu hiddət nə ilə bağlıdır?

 — Mən dəfələrlə bildirmişəm və yenə deyirəm ki, əsgər həmin əsgər idi. Sadəcə bu dəfəki Liderimiz dünya çaplı bir Lider idi. Bunu hətta ən qatı müxalif siyasi opanentləri də etiraf etməyə məcbur oldular. Dünyada baş verən siyasi-iqtisadi dəyişmələri analiz edən, müasir dövrün tələblərinə cavab verən bir texniki təminatlı ordunu qurmağı bacaran bir Liderimiz var.

90-cı illəri xatırlayın. Yüzlərlə müharibə veteranı var ki, öz pullarına silah, sursat alıb müharibəyə getmişdilər. Başdan xarab adamların və siyasi dələduzların hərəsinin bir başı-pozuq dəstəsi vardı. Surət kimi, Etibar kimi və onlarla bunlara bənzər adamlar orduya nüfuz etmişdilər. Hərbçi olmaları cəhənnəmə, əsgərlikdə olmayan bu adamlar kefləri istəyəndə döyüşür, kefləri istəyəndə də döyüş meydanını tərk edirdilər. Bu xainliklərin həqiqi döyüşən insanlara dəxli yoxdur. Siyasi rəhbərliyin zəifliyi buna yol açırdı. Bu gün bu paraleli aparmaq istəyənlərin məkirli məqsədləri var. Bölücülük, parçalama niyyətləri ortadadır. Bu adamların özləri daxil bir kimsələri, nə o vaxt, nə də bu günlərdə döyüşlərdə olmayıb. Gedib bunu araşdırsınlar.

Təşkilat üzvlərindən minlərlə veteranımızın övladları cəbhədə vuruşmaqdadırlar. Kiminin bacısı oğlu, kiminin qardaşı oğlu cəbhədədir. Təkcə rəhbərliyə daxil olan veteranlardan oğlum cəbhənin ilk günündən orada öndədir. Qurban Osmanovun oğlu da həmçinin. Ravid Pənahovun da oğlu öndədir. Etibar Ağakişiyevin oğlu qəhrəmancasına şəhid olub. İslam Səfərovun qardaşı oğlu cəbhədədir. Elmar Hüseynovun bacısı oğlu qəhrəmancasına şəhid olub. Mən AVMVİB rəhbərliyində təmsil olunanlardan bir qismini saydım.Tam hesabatı ortaya qoyan zaman görəcəksiniz ki, o vaxt atalar, indi də övladlar döyüşür. Bu gün belə şərəfsizlərin məqsədləri Ata və Oğul arasına girmək qədər məkrlidir.

Biz bütün cəbhə boyu əsgərlərimizlə bir yerdə olduq. Cəbhəyə gedən əsgər bizim ruhumuzla getmişdi. Şou proqramlardan başqa bir vətənpərvərlik verilişi olmayan televiziyalarmı, yoxsa «vor-zakon», kriminal təbliğatçısı saytlarmı bu gəncliyi yetişdirmişdi? Bizim Birlik kimsədən heç nə ummadan bu təbliğatı məktəblilər və gənclər arasında apardıq. İkinci bir təşkilat çıxıb bizimlə bu sahədə rəqabət apardığını deyə bilməz. İl ərzində 600-700 tədbir keçirmək, özü də öz imkanlarımız hesabına bunları etmək, məhz bu günlərimiz üçündü. Şərəfli bir gəncliyin yetişməsi üçündü. Düşmən öz əlaltıları ilə içimizə yeritdiyi kolon vasitəsiylə bu ruhu zədələməyə çalışırdı. Şükürlər olsun ki, bacarmadılar. Yalın əllə tank üzərinə yeriyib tankla qayıdan qəhrəmanlarımız var.  

Müxtəlif istiqamətlərdə əsgərlərimizə maddi və mənəvi dəstək üçün əsgərlərimizlə birgə olduq. Hər bir veteranın ürəyindən keçən və söhbətlərdən ümumiləşdirdiyim bir arzu var: «Kaş bu təminat, nizam-intizam və Ali Baş Komandan o dövrlər olaydı. İnanın ki, İrəvanı da azad edə bilərdik». Çünki o vaxtlar beynəlxalq aləmdə siyasi şərait daha əlverişli idi.  

Qaldı özünü zorən hərbi ekspert elan edənlərin ağıllarına gələni efirə buraxmalarına, döyüş görmüş bir-neçə zabitdən qeyrisinin normal bir şərhlərinə rast gəlmədim. Müharibənin özü bir sənətdi. Bu sənəti bilməyənlərin şərh verməsi çobanın kosmosa uçuşla bağlı şərh verməsini xatırladır. Belələrini məqsədli şəkildə ortaya atıblar ki, çaş-başlıq yaratsınlar.

— Qələbəmiz şəksizdir. Amma Rusiyanın tələm-tələsik özünü Laçın koridoruna təpməsini, xalqımız və xüsusən də veteranlar onların sülh məramı kimi qəbul etmirlər. Sizcə bunun səbəbi nədir? 

Bəzi xainlər erməni istəklərinə uyğun olaraq qələbəmizin miqyasını kiçiltməyə, ona kölgə salmağa və Ali Baş Komandan cənab İ. Əliyevin həqiqi bir strateq kimi bacarıqlı bir sərkərdə olmasına şübhə yaratmağa çalışmaları ortadadır. Bu adamların xəmirləri xəyanətdən yoğrulub.  

Rusiyaya gəldikdə isə, əlbəttə onun bölgədə varlığını heç kim, xüsusən Qarabağ savaşında onların tərəf olmasını öz gözləri ilə görmüş veteranlar heç istəməzlər. Amma olaylara qlobal baxıldığında Rusiya faktorunu adlamağın ən optimal yolu seçildiyini görmək olar. Rusiya bizim bölgəyə həmişə işğalçı kimi gəlib. XIX əsrdə də belə olub, XX əsrdə də və elə bu gün də elədir. Bəzilərinin bir deyimi var ki, güya bunlar Azərbaycandan rus ordusunu çıxarıblarmış. Bu adamlar Qarabağı Azərbaycan torpağı saymırlarmı? Burada 35 minlik erməni-rus hərbi birləşməsinin yiyəsi kim idi? 4 milyardlıq məhv edilmiş silahı Qarabağa kim vermişdi? Bu 90-cı illərin başsızları 7000-lik ordunu çıxarmadılar, onlara şans verdilər ki, Azərbaycana çatacaq silahları satdılar və qalan hissəni də məhv edərək izi itirdilər. Sizin saytın bu barədə möhtəşəm araşdırmasını alqışlayıram.

Tamamilə doğrudur ki, rus ordusunu biz indi ölkəmizdən təmizləmək şansına sahibik. Yarısı öldürülüb və qalan 16 minlik qeyri — qanuni hərbi dəstələri 1960 nəfərlik sülh məramlı ilə əvəz etməyə çalışmalıyıq. Prosesi nəzarətdə saxlamaq üçün ən azı parlament komissiyası yaradılmalıdır. Biz rusları sülh məramlılarına nəzarət mexanizmini işləməliyik. Bir mənalı olaraq müharibə veteranları Rusiyanı Qarabağda baş vermiş hərbi cinayətlərin iştirakçısı kimi tanıyır və bu dövləti törətdiyi hərbi cinayətlərə görə hərbi Haaqa tribunalına verilməsini istəyir. Sadəcə qəbul edilmiş bəyanatdakı müddəaların yerinə yetirilməsinə onları məcbur etmək əvəzinə, hərbi dəstə ilə hərbi bazanı ayırd edə bilməyən adamların çıxıb boşboğazlıq etmələri yolverilməzdir. Xüsusən koridor məsələsində yanlışlıqlar var. 5 km-lik dəhliz ola bilməz. Ən enli yol ölkədə nə qədərdisə, bu rəqəm seçilməlidir. Laçının şəhər əhalisi, Sus və Zabuxun əhalisi öz yurdlarına qaytarılmalıdırlar. 3 il gözləmək olmaz. Qoy sülh məramlılar təhlükəsizliyi təmin etsin. Belə çıxır ki, bu ruslar bölgəmizə erməni daşımağa və erməni «donuzlarını otarmağa» gəliblər. Hələ o daşıdıqları ermənilərin pasportla kimliyini araşdırmalıyıq. Ən azı bunu bizə təqdim etməlidirlər.

Qaldı ki, bir ölkə 60 minlik erməni icması üçün niyə öz ərazisindən koridor verməlidir ki? O zaman Moskvada yaşayan 2 milyon azərbaycanlı üçün, qoy Rusiya 5 km yox, 50-cə metrlik bizə koridor versin. Həm də bəyanata uyğun olaraq Dağlıq Qarabağa erməni daşıyan ruslar, bu bölgədə yaşayan azərbaycanlıları nə vaxt daşıyacaqları vaxtı deməlidirlər. İkili standart onların məramsızlığını ortaya qoyur. Sadəcə onu deyə bilərəm ki, Rusiyanın bölgədəki fəaliyyətinə nəzarət gücləndirilməlidir. İşlər bu istiqamətdə aparılmalıdır. Yəni mübarizəmiz davam edir. Gücümüz və hədəflərimiz bəllidir. İçimizdə yanlış yola düşənlər yaxşıca düşünsünlər. Biz haradan haraya gəldik…

 — Bu gün bir mənalı olaraq apardığımız ədalətli müharibənin adı Vətən müharibəsi adlandırılıb. Sizin rəhbərlik etdiyiniz Birlik 1994-cü ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adını daşıyır. Bu bir uzaqgörənlik idimi? 

— Nizamnaməni qəbul edərkən müxtəlif variantlar vardı. Xüsusən də Qarabağ müharibəsi veteranı təklifi daha çoxluq təşkil edirdi. Amma müharibə təkcə Qarabağda deyil, Naxçıvanda, Gədəbəydə, Qazax, Ağstafa, Tovuz və s. bölgələrimizdə də gedirdi. Ən optimal variant Vətən müharibəsi adı idi və bu gün prezidentimiz çox doğru olaraq gedən müharibəni Vətən müharibəsi adlandırdı. Ədliyyə nazirliyindən tutmuş müxtəlif orqanlarda bu adın qəbulunda problemlərlə rastlaşdıq. Bu gün də «hansı Vətən?» deyə soruşan rusbaşlılarımız var.

Musabəyovların, qarayevlərin və rus-erməniyə maşalıq etmişlərin tör-töküntüləri hələ də Azərbaycanın müstəqil bir ölkə olmasıyla barışa bilmirlər. Bu kolon mənsubunu, zatında qırıqlıq olan birinin parlamentə soxuşdurulması yol verilməzdi. Bu gün onun üzürü, günahından betər, bir açıqlamasını sizə oxuyum: «Səslənən ittihamlarla bağlı “Yeni Müsavat”a danışan R. Musabəyov bundan qətiyyən narahat olmadığını qeyd etdi: “Məni o hücumlar zərrə qədər narahat etmir. Kim nə istəyirsə, danışsın. Dediklərimi hər kəs diqqətlə dinləsin. Mən orada demişəm ki, türk qoşunlarının Qarabağ ermənilərinin yaşadıqları yerlərə daxil olmaları mümkün deyil. Bunu indi hər kəs necə təsəvvür edə bilər? Türk qoşunu gedib Xankəndində post quracaq, bayrağını asacaq, bu mümkündürmü? Suriyada bunlar ruslarla birlikdə post yaratmağı bacarmadılar, birgə müşahidəni də təşkil edə bilmədilər. Çünki müxtəlif tərəflərdən atəş açılırdı, zirehli maşınları partladırdılar. Onu da deyim ki, Dağlıq Qarabağ ifadəsi artıq ümumiyyətlə işlədilməməlidir. Qarabağda ermənilərin yaşadıqları yerlərə türk sülhməramlılarının daxil olması o deməkdir ki, gəlin təzədən müharibə başlayaq. O zaman sadəcə olaraq, ermənilər tərəfindən ruslar, biz tərəfdən də türklər vuruşacaq. İndi deyin görüm, bu mümkündürmü? Ona görə bütün razılaşmalar bu yöndə gedirdi ki, Monitorinq Mərkəzi yaransın. İndi biz türkləri Ağdam, Kəlbəcər, Laçında yerləşdirmək üçün gedib ruslardan icazə alınmalıyıq? Rusiya tərəfi də demişdi ki, Azərbaycan öz ərazisində harada türk qoşunlarının yerləşməsini istəyirsə, bu bizlik deyil».  

Bax bu adamdan niyə soruşmürlar ki, ellikcə bolşevik olan xain bir üzdəniraq nəslin nümayəndəsi səni kim rusa vəkil seçib? Səni incidən nədir? Bu adam barəsində ölçü götürülməsi üçün parlament sədrinə müraciət edəcəyik. Onda gərək almanlar Berlinə rusları buraxmayaydılar. Belə çıxır ki, bu beyni yuyulmuşların hamısı xalqımızın məğlubiyyəti üçün proqramlaşdırıblar. Qələbəni bu xainlər özləri həzm edə bilmirlər deyə, ağızlarına gələnləri danışırlar. Daxildəki belə düşmənlərdən təmizlənmək zamanıdır. 5-ci kolon mənsubları deşifrə edilməlidirlər. Onların varlığı və aldıqları nəfəs, tükətdikləri ərzaq belə heyifdir. Bu xainlər xalqın yüksələn ruhunu bütün vasitələrlə sındırmağa və erməni qardaşlarına əlavə dvidendlər verməyə çalışırlar. 

Sualdan bu xainə görə uzaqlaşdım. Bir daha bildirirəm ki, Vətən musabəyovların deyil, qanıyla Tarix yazanların adıyla anılır. Tariximizdə bu tip ləkələri də silib atmağa çalışmalıyıq. Bəli bu müharibə başlanandan bir Vətən müharibəsi idi. Məqsəd bütün Azərbaycanın işğalı idi. Bu xəstə təxəyyülü millət Qafqaza gətirildiyi tarixi unudub, özlərini aborigen elan ediblər. Unudurlar ki, Rusiya onları Qafqaza köpək kimi istifadə etmək üçün gətiriblər. Hərçənd köpəkdə sadiqlik bunlardakından daha çoxdur.

 — Artıq qayıdan qazilərimizlə və şəhid ailələriylə bağlı xeyli şikayətlər daxil olub. Araşdırmalar bu rayon başçılarının bir mənalı olaraq Ramiz Mehdiyevlə bağlı olduğunu üzə çıxarıb. Köhnə döyüşçülər yeni döyüşçülərin hüquqlarını qorumağa hazırdımı?

 — Məsələ məlumdur. Biz Ali Baş Komandanımıza inanırıq və bilirik ki, o, hər şeyi daha yaxşı bilir. Biz də öz fəaliyyətimizlə bu möhtəşəm qələbəni bu xalqa qazandırmış bir Sərkərdənin əsgərləriyik və bu cür adamlara qarşı mübarizəmiz davam edəcəkdir. Cəbhədən qayıdan qazilərimizə də, şəhid ailələrinə də daim qapılarımız açıqdır. Dövlətimiz bu sahəni nəzarətə götürəcək. Kimsə narahat olmasın. Müharibə göstərdi ki, Vətənin müdafiəsinə korrupsionerlər və övladları deyil, qəlbi Vətən sevgisiylə çırpınan gənclərimiz lazımdır. Biz müharibə veteranları olaraq bu boz sifətliləri zaman-zaman tanımaqdayıq və bəri başdan bildiririk ki, gözümüz onların üzərində olacaq.

 — Ötən günlərdə AVMVİB İdarə Heyətinin rayon şöbə sədrləriylə birgə yığıncağı keçirildi. Nələr müzakirə edildi və gələcək fəaliyyətinizdə hansı yeniliklər gözlənilir? 

— AVMVİB İdarə Heyətinin geniş tərkibli yığıncağı hesabat xarakterli idi. Vətən müharibəsinin getdiyi günlərdə gördüyümüz işlərin hesabatını verdik. Bütün istiqamətlərdə və bütün sahələrdə veteranlarımız öz köməklərini əsirgəməyiblər. Əsgərlərimizin döyüş ruhunun yüksəldilməsi üçün əllərindən gələni əsirgəməyiblər. Elə veteranlarımız var ki, bu 44 günü cəbhələrdə oldular. Əsgərlərimizin problemi olduqda onun həllinə çalışdılar. Bu proseslərdən kənarda qalan şöbəmiz demək olar ki, yoxdur. Çünki bu həm də bizlərin başladığı yolun davamıydı.

Döyüşə can atan minlərlə veteranımız əmr gözləyirdi. Bu vətənpərvər insanları qiymətləndirmək və bu ümumxalq birliyini qorumaq lazımdır. Arxa cəbhədə də veteranlarımız şəhidlərimizin dəfn mərasimlərində iştirak edir, ehtiyacı olan əsgər ailələrinə gedirdilər. Qərara aldıq ki, düşmənin axırına çıxanadək mübarizəmizə davam edək. Mən həmişə demişəm ki, ən yaxşı erməni ölü ermənidir. Xalqımız və bəzi üzdəniraq ermənipərəstlərimiz bunu qəbul etməlidirlər. Yüzlərlə kənd və şəhərimizi xarabazara çevirən barbar qaraçı sürüsünə humanist münasibəti bəsləyənlərin milli kimliyi şübhəlidir. Qazanılmış qələbəmizi tam və qəti qələbəyə çevirənədək Ali Baş Komandanımızın əsgərləriyik.  

Yığıncaqda Ali Baş Komandana müraciət qəbul edildi.

Qazanılmış qələbənin məqsədli şəkildə miqyasını kiçiltməyə çalışan antimilli ünsürlərə qarşı mübarizəni davam etdirmək qərarı verdik. Bu işlərdə fərqlənmiş, həm döyüşçü, həm də müharibə veteranlarının təltif edilməsi, fərqləndirilməsi üçün «Böyük Zəfər» adlı Xatirə medalı təsis etdik. Necə deyərlər, durmaq yox, yola davam.

Xankəndində, Ağdərədə, Xocavənd və Xocalıda bayraqlarımız ucalanadək bu mübarizə davam edəcəkdir və öz liderimiz cənab İlham Əliyevin əmrində olacağıq. 

Var olsun Ordumuz və Ali Baş Komandanımız!  

Tək hədəfimiz Qarabağ Azərbaycandır!

 — Müsahibəyə görə çox sağ olun.

 Müsahibəni hazırladı: Elnur Səlim

Bu xəbəri paylaşın: