Qazilərimizə diqqət artırılmalıdır…

AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov və AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov qazi Ağali Quliyevə baş çəkdikləri barədə sosial şəbəkədə məlumat paylaşıblar.

Öz paylaşımında AVMVİB rayon şöbəsinin sədri Elmar Hüseynov yazıb: «Nəsimi rayonunda yaşayan Qazi Ağəli Quliyevi ziyarət etdik. O pəncərəsiz bir otaqda yatır. Mənzilin yeganə pəncərəsi olan otağı isə tam təmirsizdir. Divar qonşusu isə hansısa məmurun avtoyuma obyektidir. Ev buradan nəm çəkir.»

Xatırladaq ki, dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq AVMVİB Nəsimi rayon şöbəsinin də qərargahı yoxdur. Ümid edirik ki, Nəsimi rayon İcra Hakimiyyəti hər iki problemə diqqətlə yanaşacaq. Qazilərə gəlincə isə onların cəmiyyətə adaptasiyası üçün ciddi reablitasiya proqramlarına ehtiyac var. Amma bu adamlarla çətin ki, bu işlə məşğul olmaq mümkün olsun.

N. Məmmədli

Bu xəbəri paylaşın: