AVMVİB yeni Xatirə medalı təsis etdi

Azərbaycan Vətən Müharibəsi Veteranlarıı İctimai Birliyi İdarə Heyəti geniş tərkibli yığıncaqda «Böyük Zəfər» Xatirə medalını təsis etdi. Medalın eskiz layihəsi təsdiqləndi.


Bu barədə AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov məlumat verdi. V. Abdurəhmanov bildirdi ki,bu uzun illər qəlbimizdə gizli qalan bir arzuydu. Qəhrəman Azərbaycan əsgəri bu arzumuzu reallığa çevirdi. AVMVİB ilk gündən Orduya Dəstək Qərargahı yaradaraq cəbhənin müxtəlif istiqamətləridə ordumuzla bir yerdə olduq. Rayon şöbələrimiz öz imkaları hesaına misilsiz işlər gördülər. İstər səngərdə, istər arxa cəbhədə, istərsə də informasiya savaşında biz vardıq. Biz də öz qəhrəman veteranlarımızı və bu gün veteran kimi dönəcək əsgərlərimizi fərqləndirməyə çalışacağıq. 


Vahid Abdurəhmanov bildirdi ki, məkrli düşmənə qarşı savaşımız bitməyib. Tam qələbə qazananadək öz işlərimizi davam etdirməliyik. Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da məkrli düşmənə qarşı mübarizədə ön sırada olmalıyıq.

E. Səlim

Bu xəbəri paylaşın: