
XAQANİ Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri, II dərəcə Vətən Müharibəsi əlili
Rusiya bölgədə uydurduğu «ETNİK ERMƏNİ ÇOXLUĞU» yalanının tezliklə açılacağından quduzlaşıb. Az qala ki, Lavrov-Kalantaryan Zaxarovaya təcili çoxlu «erməni istehsal etməyi» əmr edir. Rusiyanın qorumağa gəldiyi və bir vaxtlar yerlərinə döyüşdükləri «erməniləri» yerlərində tapmamaları onları çılğına döndərib. Bir daha xatırladıram ki, 1992-1994-cü illərdə Cənubi Rusiyaya köçmüş ermənilərin təcili siyahıyaalınmasına start verilib. Əlaltı etdikləri erməni köpəklərinin milli çağırışı «Artsaxa qayıdış» adlanacaq. İşğalçı Krasnodar Erməni Respublikasının, yəni RF-in propaqondonistləri olan solovyovlar, simonyanlar, babayanlar, bağdasaryanlar və onların həmcinslərinə start verilib.
İlk açıqlama elə Bağdasaryandan gəldi. Baqdasaryanın açıqlamasında məqsədin hakimiyyəti hədəfə almaq olduğu hiss olunur, lakin Şuşa əməliyyatı ilə bağlı maraqlı məqamlara toxunur: “Şuşa 5 noyabrda artıq Azərbaycan xüsusi təyinatlılarının nəzarətində idi. Şəhərdə 600 erməni döyüşçü var idi (bu rəqəm reallıqdan azdır). 10 noyabrda razılaşma əldə olunandan sonra Xankəndinin zirzəmilərində 1000-ə yaxın döyüşçü üzə çıxdılar. Onlar Azərbaycan əsgəri ilə döyüşməkdən qorxduqları üçün ora sığınmışdılar. Bundan başqa, Şuşada ərzaq mağazalarının sahibləri müharibənin başlanmasından üç həftə sonra məhsullarını əsgərlərə paylamağa başladılar. Halbuki, ona qədər mağazalarda kolbasa, pendir və digər məhsullar çürümüşdü, sahibləri isə onu verməkdən imtina edirdilər. Məlumatlar var ki, diasporadan, eləcə də Moskvadan müharibəyə göndərilən məhsullar İrəvanda ilişib qalırdı. Heç kim bu məhsulları cəbhəyə aparmağa ürək etmirdi, çünki qorxurdular. Ermənistanda danışırlar ki, Azərbaycan qoşunları Şuşaya bir tərəfdən daxil olub, bu yalandır. Şuşaya ilk olaraq Azərbaycanın 6-8 snayperi daxil oldu, ardınca xüsusi təyinatlı qüvvələr girdi. Xüsusi təyinatlılar Şuşakənd istiqamətindən sıldırım qayalıqlarla qalxdılar. Hətta indi yazırlar ki, Şuşada güya 6 min insan yaşayırmış. Yalandır və bu yalan daha çox pul silməyə hesablanıb. Şəhərdə əhalinin sayı 3 minə çatmırdı heç”.

Diqqətimizi cəlb edən məqama diqqət edin: «Şuşada güya 6 min insan yaşayırmış. Yalandır və bu yalan daha çox pul silməyə hesablanıb. Şəhərdə əhalinin sayı 3 minə çatmırdı heç”. İkiqat saxta erməni demoqrafik statistikasından xəbəri olduğuna görə «xoruz» buraxıb. Onlar yaxşı bilirlər ki, 10 nəfər erməni sayı, əslində ən çox olsa 5 nəfər deməkdir. Rusiya faşizmi (RF) zamanında bu azlığı bayraq edib 600-700 min nəfəri öz yurdlarından qovmuş və bunu 5-3 separatçı adına «azadlıq mübarizəsi», «müqəddəratı təyin etmə» kimi uydurma adlarla dünyaya sırımağa çalışmışdır. Adını «həlli olmayan problem» qoyub, 27 ildir ki, «armudun (Armud ağacını xatırlayın-müəl.) başında 1001 hoqqadan» çıxmışdır. Bu gün utanmadan erməni həyasızlığıyla və rus mujik inadkarlığı ilə yazdığı müharibə simfoniyasına güya ki, «sülh notları» əlavə etməyə çalışır. Özü də düz 24 saat çalışır və baş sındırır. Düşməni 24 saat oyaq olan bir xalqın yatmaq haqqı olmamalıdır. Hədəfimiz Rusiyadır. Düşmənə qarşı onun kimi mübarizəyə qalxsaq, o, Əfqanıstandakı kimi canını götürüb qaçacaq.
Yadıma «Troya atı» düşdü. ABŞ-ın Rusiyaya qarşı “Troya atı” strategiyası, xüsusi əməliyyat güclərinin iki eşelonundan istifadəni nəzərdə tutur. Onlardan birini xüsusi əməliyyat güclərinin döyüşçüləri təşkil edəcək. Bu qüvvə Qərb strateji istiqamətindən Moskvaya qədər dərinliyə və sonra hərəkət edəcək. İkinci qruplaşma, Qafqaz xalqlarının nümayəndələri, həmçinin Türkiyə, Yaxın və Orta Şərqdən onlara yaxın etnoslardan, Şimali Qafqaz respublikaları və ətraf yerlərdən ibarət olacaq. Üstəlik, MKİ öz hesabatında bu sahədə ermənilərdən istifadəni gərəkli saymayıb. Əfqanıstandan qaçdığında SSRİ dağıldı və bu dəfə Moskalların haraya gedəcəyini bir düşünün.
İçimizdə Zəfər hissindən mərhum bəzi üzdəniraq köləlik və məğlubiyyətə alışdırılmış qul xislətli kolon mənsubları var. Az qala əsgəri şücaətlə qazandığımız Qələbəni öz cılız düşüncələrinin qavradığı kimi xalqa təqdim etməyə çalışırlar. Biz qalibik və qəti qələbəni qazanmaq üçün durmadan çalışmalıyıq. Bir daha ermənicə müraciət guppuldadan DQ azərbaycanlı icmasının təyinatlı sədri Tural Gəncəliyevə müraciət edərək soruşuram ki, 34 minlik Şuşadan başqa, Qarabağın dağlıq hissəsində 74 min azərbaycanlının bu günədək rus sülh məramsızlarının dəftərində niyə adları yoxdur? Bunudamı Ali Baş Komandan etməlidir? Biz niyə müzəffər Liderimizə kənardan danışıqlar masasında istifadə üçün əlavə kozırlar verməyək?
Separatçı qurumların fəaliyyəti, qanuni orduya qarşı döyüşənlərin cəzasız qalması, bölgələrdə separatçı rejimin bayraqlarının yığışdırılmaması, qanunsuz hərbi biirləşmələrin və terrorçu muzdluların qəsdən diqqətdən kənar saxlanması, nəhayət Dağlıq Qarabağı mövcud vəziyyətdə azərbaycanlı çoxluğunun hüquqlarının rus sülh məramlıları tərəfindən kobudcasına pozulmasını nə vaxt gündəmə gətirəcəksiniz?
Tarixən azərbaycanlılar yaşamış və hətta heç bir erməni gəlini belə olmayan Ağdərə rayonunun Çərəkdar kəndinin taleyindən Ermənistan danışır və biz isə susuruq. «Armenpress» yazır: «Yaxın günlərdə «Artsax»ın Şaumyan (?) bölgəsinin Çərəkdar kəndinin yanmış evlərinin bərpasına başlamaq planlaşdırılır. Bu barədə icmanın rəhbəri Kamo Tsakanyan «Armenpress»-ə danışıb.

“Kəndin yenidən qurulması proqramı «Artsax Şəhərsalma Nazirliyi» tərəfindən həyata keçiriləcəkdir. Artıq inşaat şirkətləri ilə müqaviləmiz var. Müharibə bitdikdən sonra kəndin Şaumyanın (Kəlbəcər ərazisində yaradılmış qondarma rayon-müəl.) digər yaşayış məntəqələri ilə birlikdə Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçəcəyi barədə məlumat aldıq. Çərəkdar sakinləri getdikdən sonra kənddəki evlərin çoxu yandırıldı. Təxminən 55 xüsusi evdən yalnız 10% -i salamat qalıb. Məqsədimiz yalnız mövcud olanları bərpa etmək deyil, həm də evlərin sayını artırmaqdır. İndi bu barədə «şəhərsalma nazirliyinin» rəsmiləri ilə birlikdə düşünürük. Bərpa edilə bilməyən evlər söküləcək və yenidən tikiləcəkdir. Bərpa işləri əsnasında sahiblərinin dönməyə hazır olduqlarına və hökumətdən maddi dəstək alacaqlarına əminik”-deyən bələdiyyə başçısı bütün Çərəkdar sakinlərinin geri dönmək istədiklərini dilə gətirdi. Bundan əlavə qonşu kəndlərin sakinlərini də bu kəndə köçürməyə çalışacaqlar.
İnternetdə geniş yayılmış və Çərəkdar sakini Aşot Sevayanın kəndi tərk etməmək qərarına görə, «Artsax»ın hüdudlarında qaldığını söylədiyi bir videoya toxunan kəndin bələdiyyə başçısı, əvvəllər Çərəkdarın Ağdərə (Mardakert) bölgəsinin inzibati ərazisində olduğunu qeyd edib.

“Bütün sakinlər kəndi tərk edib. Kəndin bütün kişiləri hərbi mövqelərdə idilər, yalnız Şaumyan bölgəsi Azərbaycanın nəzarəti altına keçdikdə geri döndülər. Sonra Çərakdarın «Artsax» sərhədləri içində qalacağı aydın oldu, çünki inzibati ərazi bölgüsünə görə əvvəllər Ağdərə bölgəsinin bir hissəsi olub. Hazırda kənddə «Artsax» «azadlıq müharibəsi» (separatizmin ermənicə və rusca adı-müəl.) zamanı yaralanan Aşot Sevayan (təcili cinayət işi qaldırılmalıdır-müəl.) da daxil olmaqla 3-4 nəfər yaşayır”- deyə Kamo Tsakanyan bildirib.» (Van Novikov).
İzahatını millət vəkili Tural Gəncəliyevdən istəyirik. Bayram Səfərov heç olmasa iclaslarda yatırdı, bilirdik ki, onun bu işlərdən xəbəri olmayıb. Siz nə işlə məşğulsunuz, bilən yoxdur.
Bəli, həqiqətən də rusların ən böyük kozırı olan «etnik erməni çoxluğu» faktı əlindən alınıb. Cənab İlham Əliyev çox doğru dedi ki, Qarabağda heç 65 min erməni yoxdur. Bəlkə də Bakıda erməni gəlinlərinin sayı oradakı ermənilərdən çoxdur.
Hadisələrdən cəmi 38 gün öncə bir rus səyyah-jurnalistinin yazdıqlarından da iki sitatı sizlərə təqdim edirəm: «Müharibədən əvvəl orada (Əsgəranda-müəl.) neçə nəfərin yaşadığını dəqiq deyə bilmərəm, amma çox güman ki, indiki əhali 2500 nəfərdən çox deyil, əvvəldən monoetnik Əsgəran rayonu Qarabağdakı bir erməni qalası oldu»…
Yaxud da,
…»Bu istiqamətdə, yol boyunca, Mardakertə (Ağdərə) 15 kilometrdir — Artsaxın statistik məlumatlarına görə, əhalisi (4200 sakin) azərbaycanlıların qovulmasıyla yarıbayarı azalan bir şəhərcikdir. Surb-Hovhannes kilsəsi (1881) orada qorunub saxlanılmışdır, lakin ətraf ərazilərdəki abidələr daha maraqlıdır — Papravend və Xaçin-Darbəndli kəndlərindəki XIV əsr türk məqbərələri.»
Mənbə: (https://fishki.net/3391985-askeran-agdam-tigranakert-prifrontovoj-karabah.html?fbclid=IwAR1i4Hppxv5Z4PEWXRhqkf6trD_Q-Ts-7un4OZrpLSg-wkJ4e8ki Fish. Müəllif: Sergey, 11 августа 2020)
Yəni bölgədə bir erməni azlığı qalıb və Rusiya bunu saxtalaşdıraraq yenidən siyasi al-ver predmetinə çevirməyə çalışır. Biz məkrli, hiyləgər, vandal və yalançı bir düşmənlə mübarizəyə cəlb edilmişik və Qalib gəlməyə məcburuq!
Qarabağ Azərbaycandır!
P.S. Bölgədən aldığım məlumata görə, bu gün Xankəndinə 6 avtobus və 28 ədəd minik avtomobili gəlib. Dünənki tənqidi yazımdan sonra rusların sülh məramsızları 5 dekabrda 1950 sayını xeyli azaldaraq, 6 dekabr üçün 850-dən artıq adamın döndüyünü yazıblar: «Еще более 850 беженцев вернулись в свои дома в Степанакерте за сутки, безопасность передвижения обеспечивали российские миротворцы, сообщает Минобороны РФ.»
Replika: Əslində yenə hesab düz gəlmədi. 850 ermənini 6 avtobus və 28 minik avtomobilinə bu ruslar yəqin kartof kimi kisələrdə yığıblar. Ya da RF Müdafiə Nazirliyi erməniləri vatsapla, yaxud da SMS-lə «qaytarırlar» Zalım uşağı, olmayan şeyi necə qaytara bilərsiniz?

