Parad keçirən Qalib əsgərin ayaq səsləri və sahib kölgəsinə sığınan terror köpəkləri

Bu müharibədəki bir çox simvolik təsadüflər var. Bunu «Bir Ermənistan» partiyasının sədri Artur Kazinyan Facebook səhifəsində yazıb.

Azərbaycanın dövlət Bayrağı günü Şuşa şəhərinin azad edildiyini, Monte Melkonyanın ad günündə Kəlbəcərin təhvil verildiyini qeyd etdi.

Artur Kazinyan, “Əminəm ki, bunlar Paşinyanın səssizcə razılaşdığı və tabe olduğu başqa bir çox əvvəlcədən planlaşdırılan simvolik təhqirlərdir” — dedi.

O, başqa bir simvolik təhqir nümunəsini də təqdim etdi. Onun sözlərinə görə, Bakıdakı Zəfər Paradı 10 dekabrda keçirilib, məhz 1991-ci ilin bu günü Qarabağ separatçıları “müstəqilliklərini” elan ediblər.

Həmçinin bölgədə sahiblərinin kölgəsinə sığınan separatçı -terrorçu rejimin tör-töküntüləri, «10 dekabr 1991-ci il tarixli referendumda reallaşan öz müqəddəratını təyinetmə hüququna hörmətin Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və bölgədə davamlı sülhün bərqərar olmasının təməl daşı olduğunu vurğulamağa ehtiyac duyuruq ”deyə bəyan ediblər.

Bu barədə yazan Armİnfo qeyd etdiyinə görə, separatçılar bu gün təməl insan hüquqları, müstəqillik barədə referendum və Konstitusiya gününü qeyd ediblər.

Separatçılar 2 sentyabr 1991-ci il tarixli Dağlıq Qarabağ Respublikasının elan edilməsinə dair bəyannamə, habelə 10 dekabr 1991-ci il tarixli müstəqillik referendumunu xalqın iradəsinin ən yüksək təzahürü olaraq qondarma dövlətçiliyin hüquqi əsası kimi qəbul etdiklərini qeyd edirlər.

Bu xəbəri paylaşın: