Günlərlə komada olan kəşfiyyatçı Elxan Hüseynov bu gün şəhadətə yüksəldi

Günlərlə komada olan kəşfiyyatçı Elxan Hüseynov bu gün şəhadətə yüksəldi.

O, Şuşa və digər işğalda olan şəhər və kəndlərimizin azad olunmasında əvəzsiz xidmət göstərmişdir. Döyüş tapşırığını həyata keçirən zaman snayper atəşi nəticəsində başından yaralanan Elxanın, şəhid olduğu sanılır. Sonra Elxanın «Xırıltılısını» eşidirlər və onun sağ olduğunu anlayıb dərhal xəstəxanaya aparırlar.

Xəstəxanaya aparılarkən Təcili Tibbi Yardım maşını minaya düşür və möcüzəvi şəkildə həyatda qalmağı bacarıb. Lakin daha da ağır yaralanıb. Xəstəxanaya aparılan Elxan 1 aydan artıq komada qaldı, neçə dəfə ölümdən döndü.

Təəssüf ki, bu gün şəhid oldu və nəşi vida üçün yaşadığı 6 saylı qəsəbəyə gətirilib və son mənzilə yola salınıb.

Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr diləyirik!

Leyla Həsənova

Bu xəbəri paylaşın: