Dilqəm Əsgərov və Şahbaz Quliyev bu gün azad edilə bilər

Ermənistan tərəfi Xankəndində girovluqda olan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması məsələsinin müzakirə edildiyini bildirib.

Aldığımız məlumata görə, Azərbaycan tərəfinin onların azad edilməsi üçün göstərdiyi qətiyyət sayəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev bu gün təhvil veriləcək əsirlərin siyahısına daxil edilib.

Xatırladırıq ki, ermənilər 44 günlük müharibə zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından Ermənistana aparılmışdı. Geri qaytarmamaq üçün bu əsirlərin COVİD-19-a yoluxduğunu uydurdular. Lakin bu sahədə də Azərbaycan rəhbərliyi düşmənin bütün arqumentlərini alt-üst etdi.

Türkay Xaqan

Bu xəbəri paylaşın: