Ərazilərimizin terrorçulardan təmizlənməsi əməliyyatı davam edir

Xocavənd rayonunun Yenikənd kəndi Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınıb.

Bu barədə kəndin “icma sədri” Davit Davtyan məlumat verib.

“Kənd mühasirədədir, amma sakitlik hökm sürür. Kəndin nəzarətsiz qoyulan hissəsi vasitəsilə əhalini evakuasiya etmişik. Artıq rusiyalı sülhmməramlılar kəndə çatıblar. Sadəcə psixoloji təzyiq var. İnsanlar təşviş içindədir”, — Davtyan bildirib.

Həmçinin qeyd edilib ki, Şuşanın Qaladərəsi (Kirov kəndi) də ordumuz tərəfindən mühasirədədir və kənddəki erməni əhali hələ ki, təxliyyə edilməyib.

Bu xəbəri paylaşın: