40-dan çox erməni əsirin olduğu təyyarə Yerevana endi

Xəbər verdiyimiz kimi, Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların «hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və bu gün əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.


Erməni KİV-ləri xəbər verir ki, artıq içərisində 40-dan çox erməni əsirin olduğu təyyarə Yerevanda Erebuni aerodromuna enib. Ermənistanın baş naziri Nikol Paşinyan isə «Facebook” səhifəsində Rusiyaya məxsus təyyarə ilə 44 nəfərin Ermənistana çatdırıldığını yazıb.


Qeyd edək ki, Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunub, birtərəfli qaydada onların bir hissəsi azad edilib.


Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb və digər hüquqları təmin edilib.

P.S. Xatırlatmaq lazımdır ki, 1992-1994-cü ildən erməni əsirliyində olan soydaşlarımızı unutmamalıyıq və 9 əsirə görə 44 əsir verilə bilməz. Rəqəmlərlə danışsaq, itkin düşümş 416 nəfərdən 24-ü Ermənistan, 2-si Gürcüstan, 207 nəfər Dağlıq Qarabağ, 172 nəfər Qarabağa btişik 7 rayonun ərazisində itkin düşüb. 

 Ermənistanla sərhəd rayonlarda (Qazax, Ağstafa rayonlarında və Naxçıvan MR-də 5 nəfər, hərbi əməliyyatlardan uzaqda olan zonalarda (Oğuz, Gəncə, Bakı) 5 nəfər itkin düşüb. Onların 211 nəfəri Azərbaycan, 198 nəfəri Ermənistan, 3 nəfəri Gürcüstan, 2 nəfəri Rusiya, 1 nəfəri İran İslam Respublikası vətəndaşıdır.

Azərbaycanın itkin düşmüş vətəndaşları barədə onu deyə bilərəm ki, hazırda onların sayı 4016 nəfər təşkil edir. Münaqişənin ilk illərində bu rəqəm fərqli idi. İtkin düşmüş hesab edilənlərin sayı dəfələrlə çox idi. İş aparıldıqca biz taleyi barədə xəbər aldığımız, əsirlikdən azad etdiyimiz və sağ olduğu müəyyənləşmiş adamların adlarını siyahıdan çıxardıq. Münaqişənin başlanmasından indiyə kimi ötən müddət ərzində əsir-girov götürülmüş 1428 nəfər azad edilib və adları təbii ki, qeydiyyatdan çıxarılıb.

Bu məsələ dərindən araşdırılmalıdır.

Bu xəbəri paylaşın: