Paşinyan: «Rusiya sülhməramlıları Qarabağda silahlı erməniləri himayə edir»

«Dekabrın 13-də xəbər verib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan Slahlı Qüvvələrinin (SQ) mövqeləri Türkiyə xüsusi təyinalılarının iştirakı ilə Azərbaycan qüvvələri tərəfindən hücuma məruz qalıb».

Bu barədə Ermənistanın Baş nazii Nikol Paşinyan bəyan edib.

«Xtsaberd, Köhnə Tağlar kəndləri istiqamətində bizim mövqelərimiz dünən Azərbaycan ordu bölmələrinin hücumuna məruz qalıb. Bəzi məlumatlara görə, hücumda Türkiyə xüsusi təyinatlı dəstələri iştirak ediblər» — Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasında bildirib.

Onun özlərinə görə, hücum bu ərazidə Rusiya sülhməramlılarının yerləşmədiyi bir vaxtda baş verib. O, qeyd edib ki, döyüş nəticəsində erməni tərəfdən 6 nəfər yaralanıb.

«Hərbi əməliyyatlar başlayandan sonra, Rusiya sülhməramlılarının kiçik qrupu əraziyə gəlib. Bundan sonra, döyüş dayanıb, ancaq sözügedən kəndlərin bəzi hissləri Azərbaycan ordusunun nəzarəti altına keçib. Bu gün səhərdən Rusiya sülhməramlılarının daha iri qüvvələri əraziyə girib, hazırda vəziyyət nisbətən sakitdir» — deyə, Nikol qeyd edib.

Onun sözlərinə görə, Qarabağ üzrə üçtərəfli bəyanata uyğun olaraq, sözügedən kəndlər Ermənistanın nəzarəti altında qalmalıdır.

Xatırladaq ki, Azərbaycan bu ərazidə toplaşmış terrorçulara qarşı xüsusi əməliyyat keçirdiyini bəyan edib. Məsələ burasındadır ki, məlum atəşkəs sazişinə görə, erməni silahlı qüvvələri Azərbaycan ərazisini dekabrın 1-ə qədər tərk etməli idi. Amma nədənsə rus sülh məramsızları bu qanunsuz hərbi birləşmələri «yemləməklə» məşğul olması anlaşılmır və Paşinyan da öz çıxışıyla bu faktı təsdiqləyərək, «Rusiya sülhməramlıları Qarabağda silahlı erməniləri himayə edir»-deyib.

Bu xəbəri paylaşın: