“AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov koronavirusdan vəfat edib

Hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov koronavirusdan vəfat edib.


Bunu Bizimyol.info-ya R.Süleymanovun həyat yoldaşı Zümrüd Süleymanova bildirib.

“Rəşadın səhhəti hər gün ağırlaşırdı. İki dəfə Rəşadı “Semaşko”ya (1 saylı Kliniki Tibbi Mərkəzinə) apardılar. Amma yer olmadığı üçün evə qaytardılar. Bu gün səhər saatlarında evdə vəfat etdi”,-deyə Z.Süleymanova bildirib.

Xatırladaq ki, Rəşad Süleymanov 2003-2006-cı illərdə «Fədai» qəzetinin əməkdaşı olub. AVMVİB Rəhbərliyi bu acı xəbərdən üzüldüyümüzü bildirir və dərin hüzünlə mərhumun yaxınlarına dərin hüzünlə baş sağlığı veririk.

Bu xəbəri paylaşın: