Qüvvədə olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarının yerinə yetirilməsi üzrə monitorinqimizi davam etdiririk.
Öncə koronovirus və sonra müqəddəs Vətən müharibəsi səbəbindən araşdırmalarımızı dayandırmışdıq. Lakin indi görürük ki, AVMVİB Nəsimi rayon şöbəsi, Dəmir Yolu şöbəsi və Ağstafa şöbəsi qərarı tam yerinə yetiriblər.
Qərarın yerinə yetirilməsində birinci olan AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov mütamadi olaraq saytla əlaqə saxlayır, problemlər qoyur və saytımızın təbliğiylə ardıcıl olaraq məşğul olur. Cəbhə dövrü göstərdiyi fəaliyyəti də hər bir veteranımız yaxşı bilir. Üstəlik, bu şöbənin öz qərargahı yoxdur və yetərincə problemləri mövcuddur.
İkinci olan AVMVİB Dəmir Yolu şöbəsinin sədri Mehdi Hacıyev də elə savaş günlərində qərarı tam yerinə yetirdi. Həmçinin, cəbhəyə də yardımlar apardı.
Hər ay heç bir bəhanə etmədən ödənişlər edərək qərarı yerinə yetirən şöbəmiz isə AVMVİB Ağstafa rayon şöbəsidir. AVMVİB Ağstafa rayon şöbəsinin sədri Əlməmməd Babaxanov və xüsusən də AVMVİB Ağstafa rayon şöbəsi sədrinin müavini Ədalət Şükürov daim saytımızda gedən materialları izləyir, öz təkliflərini bildirirlər. Həm də AVMVİB Ağstafa rayon şöbəsi qısa vaxt ərzində xeyli iş görüb.
AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov da ödəmələri son aylar istisna olmaqla edib. Bu şöbənin də qərargah problemi var və şöbə yenidən bərpa olunur.
AVMVİB Tovuz, Qazax və Şəmkir rayon şöbələri də qərarı qismən yerinə yetiriblər.
Ümumiyyətlə, indiyədək cəmi 23 rayon şöbəmiz qərarla bağlı nələrsə ediblər. Qalan rayon şöbələrimizin deyəsən heç AVMVİB İdarə Heyətinin qərarından xəbərləri belə yoxdur.
İl yekunlaşdığına görə biz də son araşdırmamızı yazmaq qərarına gəldik. Zəfər ili kimi tarixə düşən bir ildə kənarda qalmaq olmaz.
AVMVİB Mətbuat Xidməti
