Ermənilər Paşinyanı söyə-söyə mövqeləri belə tərk edirlər — VİDEO

Ermənistan mətbuatında Sünik (Zəngəzur mahalı) bölgəsinin Azərbaycana təhvil verilməli olan hissələrini əks etdirən bir video yayımlanıb.

Publika.az xəbər verir ki, videonu çəkən əsgər qəzəblənərək deyir:

«Bu ərazidə insanların evləri, tövlələri, kottecləri var. Bunların hamısını Azərbaycana verirlər. Postlardan ayrılıb gedirik. Kəndin altına çatırlar. Uşaqlar getmək üçün snyardları yükləyirlər»

Daha əvvəl NEWS.am, Qafan Bələdiyyə başçısı Gevorg Parsyan Sünik bölgəsinin Qafandakı bütün mövqelərinin sabah saat 17:00-a qədər təhvil veriləcəyini açıqlamışdı.

Xatırladaq ki, Ermənistan işğal dövründə dövlət sərhədini qanunsuz irəli çəkərək, Qafan, Gorus kimi şəhərlərini sərhədyanı ərazidən uzaqlaşdırıb, eləcə də Zəngilan, Qubadlı və Laçın kəndlərini Ermənistanın ərazisinə daxil edib. Ermənistanın işğal dövründə öz sərhədləri tərkibinə daxil edilən bütün ərazilər qaytarılacaq.

Bu xəbəri paylaşın: