TƏBRİK: SALMAN MUSAYEV — 61

AVMVİB sədrinin müavini, ehtiyyatda olan polkovnik Salman Musayevin ad günüdür.

AVMVİB-nin fəal üzvü, təşkilat üzvlərinə hüquqi yardım sahəsində öz köməyini əsirgəməyən Salman Musayev Daxili Qoşunlarımızın tərkibində şərəfli döyüş yolu keçmiş veteranlarımızdandır. Bir çox hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsində yaxından iştirak edib,belə tədbirlərin keçirilməsini gənc nəslin yetişdirilməsində əhəmiyyətli olduğunu bildirib.

Göstərdiyi fəaliyyəti təşkilatın təsis etdiyi Xatirə medalları ilə təltif olunub.

Ad günü münasibətiylə Salman Musayevi təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq.

Bütün gözəlliklər sizin olsun, cənab polkovnik!

100 YAŞA, SALMAN BƏY!

AVMVİB RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ SAYTI
KOLLEKTİVİ

Bu xəbəri paylaşın: