AVMVİB Göygöl rayon şöbəsi qazilərə baş çəkdi

Bu gün döyüş günlərində ordumuzla birgə olmağa çalışanlar ortada görünmürlər. Döyüşlər bitdi, Ordumuz ki, bitmədi.


Savaş bitdi, amma şəhid analarının göz yaşları ki bitmədi. Qazilərimizin yaraları hələ qaysaqlanmamış onları unutduq. Yenə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) unutmadı. AVMVİB Göygöl rayon şöbəsinin üzvləri unutmadı.

Cəbhədə olduğu kimi Göygöl rayon şöbəsi qazilərimizi və şəhid ailələrini də unutmur.

Bu barədə AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verərək bildirdi ki, rayon veteranları iki nəfər cəbhədə ağır yaralanmış döyüşçümüzə baş çəkiblər. Həbib Hüseynov qeyd etdi ki, Müslüm Nizami oğlu Məhərrəmov tank əleyhinə taborda Suşikənd və Şuşanın azad edilməsi əməliyyatı zamanı bel nahiyyəsindən yaralanmışdır. Güllə ürəyə yaxın nahiyyədədir. Müharibə veteranları olaraq onun xəstəxanadan çıxarılmasında iştirak etdik.

AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov bildirdi ki, digər qazimiz Tuncay Etibar oğlu Əliyev isə Hadrutda ağır yaralanıb. Hal-hazırda ayağa qalxa bilmir. Ciddi müalicəyə ehtiyac duyulur.

Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin!

Elnur Səlim

Bu xəbəri paylaşın: