Amansız virus daha bir veteranımızı sıralarımızdan ayırdı. Elxan Saleh oğlu Ələsgərov AVMVİB Sumqayıt şəhər şöbəsində təşkilat şöbəsinin müdiri idi.
55 yaşlı Elxan Ələsgərovu koronovirus sıralarımızdan ayırdı. Fəal və ictimaiyyətçi veteranlarımızdan sayılırdı. Şəhərdə veteran problemlərinin həllində və vətənpərvərlik tədbirlərində daim öndə olanlardandı. Sumqayıt veteranları və ümumiyyətlə, AVMVİB üçün ağır itkidi. Müharibə veteranları vətənsevərliyin, qəhrəmanlığın və fədakarlığın yaşayan bir dastanıdır. Daha bir fədaimizi itirdik. Başın sağ olsun, Vətən!
AVMVİB Rəhbərliyi, AVMVİB Sumqayıt şəhər şöbəsi Rəhbərliyi və Fedai.az kollektivi AVMVİB üzvü, müharibə veteranı Elxan Saleh oğlu Ələsgərovun vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
