Abbas Hüseynli

AVMVİB sədrinin müavini (Rəhmətlə anırıq)
Rusiyanın Azərbaycan xalqının başına gətirdiyi bəlaları biz -döyüşçülər, hələ 1990-cı ildən görmüş və Rusiya bizim «qardaşımızdı» fikrindən daşınmışq. Qarabağda milis zabiti kimi işlədiyim zamanlarda bilirdim ki, bizimlə müharibə edən ermənilər deyil, ruslardır.
Biz Qarabağda baş vermiş soyqırım hadisələrinin törədilməsində əsas günahkar kimi Rusiya dövlətini tanımalı və onun bizə qarşı törətdiyi işğalçılıq siyasətinə görə onu ittiham etməliyik. Bunu etməklə biz Zahid Orucları və onun kimi mövqedə olan rusbaşların bizim millətin düşməni olduqlarını göstərməliyik. Hələ də içərimizdə Rusiyaya qulluq edən məmurlar ordusu vardır. Biz bunlardan uzaqlaşmalı, üzümüzü Turkiyəyə tutmalıyıq. Bizim işğaldan azad olmağımızın yolu «Turan» birliyindən keçir.
Aşağıda göstərilən video görüntüdə 1992-ci ilin mart ayında Şirin Mizəyevin hərbi hissəsinə ərzaq və hərbi sursatla yardım göstərdikdən sonra, Ağdam rayonunda olan «Xocalı» şəhidlərinin qəbrini ziyarət edərkən çəkilmişdir. Orada fikir verdikdə görünür ki, qəbirstanlıqda olan yaşlı bir qadın başımıza gələn bu müsibətlərin necə baş verməsini və kimlərin bu hadisələri törətməsini bilmir. O qadın elə zənn edir ki, bu hadisənin baş verməsindən Moskvanın xəbəri yoxdur.
Əgər Moskva bu hadisədən xəbərdar olsaydı, onun qarşısını alardı. Çünki bu yaşlı və savadsız qadın 70 illik Sovet təbliğatının bariz nümunəsiydi.Nəticəydi. Bəs bu müstəqillik illərində yetişdirilən rusbaşlılar, hansı «parnikin» məhsullarıdır? Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq hələ də içərimizdə olan çoxsaylı rus başlılar var ki, xalqı aldatmaqla məşğuldurlar. Yenə də Rusiyanı bizə xilaskar kimi göstərməyə çalışırlar. Ona görədə millət ayılmalı, öz dostu və düşmənini tanımalıdır.
1992-ci il Abbas Hüseynlinin iştirakı ilə çəkilən video-kadrları sizlərə təqdim edirik: