DÖYÜŞÇÜ MÖVQEYİ: HƏR BİRİMİZ ÖZ TARİXİMİZİ ÖYRƏNMƏLİYİK!

Abbas Hüseynli
Keçmiş döyüşçü, araşdırmaçı-yazar (Rəhmətlə anırıq)

TƏKRAR

Mən tarixçi olmasam da öz türk tariximizi həmişə sevə-sevə oxuyaraq əsil həqiqəti öyrənmək istəmişəm. Bilmək istəyirdim ki, bizim tarix haradan başlanır, biz kimlərik, bizim əcdadlarımız kimlərdir? Lakin, çox təəssüflə qeyd etməliyəm ki, apardığım çox illik müşahidələr zamanı, tariximizin bizə saxtalaşdırılmış şəkildə çatdırılmasının şahidi olmuşam.


Yaxın keçmişimizdə haylar (indiki kriptoermənilər) qədim türk şəhəri olan İrəvanın 2750 illiyini təntənəli surətdə qeyd edirlər. Bayramdan sonra isə haylar İrəvan şəhərinin adını dəyişdirərək «Erebuni» qoydular. «Erebuni» sözü isə latınca «cəhənnəm» deməkdir. Hətta Antarktidada Erebuni adlı vulkan var ki, ona geoloqlar «Cəhənnəm» adı vermişlər. Haylar Erebuni «Cəhənnəm» adlı nə qədər konyaklar, siqaretlər buraxmışlar. Görün ki, türkün şəhəri olan İrəvan «düz, rəvan» kəlməsini latınca «cəhənnəm»lə necə əvəz edirlər? Sual olunur ki, hayların göstərdikləri İrəvan şəhəri nə vaxtı kimlər tərəfindən salınmışdır.Bir tarixi faktda göstərilir ki, 1432-ci ildə Türk dünyasının böyük hökmüdarı olan Əmir Teymurun sevimlilərindən biri olan tacir Xoca xan Lahıçani Ağtəpə ölkəsinə, yəni indiki İrəvana gəlir. Burada məhsuldar torpaqları gördüyü üçün öz adamları ilə məskunlaşmağa və burada yeni məskən salmağa başlayırlar.


1508-ci ildə isə həmin ərazidə türkün piri olan Şah İsmayıl Xətai öz sərkərdəsi Rəvan Qulu xana qala tikməyi əmr edir. Rəvan Qulu xan Zəngi çayının sağ sahilində bir il ərzində qala tikdirir və öz şərəfinə həmin qalaya Rəvan adını verir. İrəvan şəhərini Şah İsmayıl Xətai tikdiririr, sərkərdəsi Rəvan Qulu xan isə öz şərəfinə həmin qalaya öz adını verir. Özü də bu hadisə nə vaxtı baş verir 16-ci əsrin əvvəlində. Bəs ermənilər türkün bu şəhərinin tarixini belə saxtalaşdırıb onu öz vaxtından 2250 il əvvəldə tikilməsi barədə məlumatlar yayıb bayramlar keçirəndə və dünyanı ora tökəndə bizim baş bilənlərimizdən birisi buna öz etirazını tarixi faktlarla göstərdimi? Əsla yox. Yaxşı ki, dünyada həqiqəti açıq şəkildə deyənlər var. Onlardan birisi də həmin vaxtlar Demokratik Almaniya Respublikasından gəlmiş bir arxeoloq alim həmin eranın tapıntısı olan daşlara baxıb demişdir ki, indi elmi tərəqqi elə bir dövrə çatıb ki, hər bir daşın və suxurun tarixini müəyyənləşdirmək olur,bu yazılı daşın tarixi isə siz dediyiniz tarixə uyğun deyil, tarixi saxtalaşdırmaq olmaz!

Vaxtı ilə Tiflisdə fəaliyyət göstərən Qafqaz Mineral Xammaları İnstitutunda erməni, gürcü və azərbaycanlı alimlərin keçirdikləri görüşlərdən birində azərbaycanlı S.Bektaşi erməni alimi S. Abovyana deyir: «Styopa, siz «düzənliyi» «cəhənnəmlə» əvəz etmisiniz». İrad erməni aliminə çatır. Bundan sonra onlar Erebuni adını götürərək İrəvanı Yerevanla əvəz edirlər.


Özlərini saxtakarcasına erməni adlandıranların hay olmasını, bu hayların özləri daha yaxşı bilir, hətta bizə xitab edərkən belə adlandırırlar: «Hayes, Türkes»? Əgər onlar erməni olsaydılar onda «ermənisən, ya turksən?» deyərdilər. Bunlar barədə Firudin Ağasıoğlunun «Azər xalqı» adlı kitabında da qeyd edilir ki, əsl soy adları olan «hay» etnonimi bugünkü ermənilərin öz içərilərində yaşadığı halda, gürcülər onlara somexi, kürdlər filə, biz də başqaları kimi erməni deyirik. Ancaq erməni etnonemi ilk dönəmlərdə haylara deyil, tamam başqa dil və mədəniyyətə malik bir türk boyuna aid idi.Haylar özlərindən əvvəlki xalqın, yəni türk-ərmənilərin adlarını mənimsədikləri kimi həbəş (efiop) əlifbasıyla özlərinə tarix yazarkən, məhz bu xalqın tarixlərini mənimsəmişlər. Firuddin Ağasıoğlunun fikrincə erməni adının mənşəyindən söz açarkən, vacib şərtlərdən biri türk–ərməniləri, psevdoermənilərdən, yəni hay-ermənilərindən fərqləndirməkdir.


Biz bunu yazarkən təkcə özümüzü deyil, başqa türk qardaşlarımızı da düşünməliyik. Məsələn, türkün ərazisində Tacikistan dövlətinin yaranması da belə proseslərdəndir. ”Tacik» sözü türkcə «təzək» sözündən götürülmüşdür. Biz türklər, həmin ərazisdə yaşayan farsları təzək adlındırmışıq. Onlar isə bu sözü fəxrlə özlərinə ad etmişlər. İndi isə həmin ərazini zəbt edərək orada rusların köməkliyi ilə Tacikistan dövləti yaratmışlar. Orada yaşayan əhalinin yarıdan artıq hissəsi hələdə turklərdir. Uyğurların yaşadığı Döğu Türküstanın məhz ruslar tərəfindən Çinə verilməsi, Türkmənistanın ərazisinin bir hissəsinin İran dövlətinə verilməsi, həmin ərazidə indi də türkmənlər yaşayırlar. Kərkük, Mosul kimi şəhərlərimiz bir qrup cinayətkar kürd ekstremisləri tərəfindən özəlləşdirilməkdədir. Ümumiyyətlə, biz türkləri bir-birimizdən mənən, aramızda nifaq salmaqla, tariximizi yadlaşdırmaqla bir-birimizdən uzaq salmışlar ki, bir-birimizin problemlərinə yad münasibət bəsləyək. Ona görə də ayrı-ayrılıqda öz gücümüzlə nəyisə həll etməyə çalışsaq da, heç şeyə nail ola bilmirik.

Bizim Qarabağ kimi bir problemimiz var. Bu problem barədə dünya türklərinə lazımı qaydada məlumat verə bilmişikmi? Onlara erməni və rusların bizə qarşı törətdikləri soyqırımı olduğu kimi çatdıra bilmişikmi? Xeyir və yox! İndinin özündə belə Xocalı soyqırımını, Pakistan, Mekska, Kolunbiya və ABŞ-ın bir sıra ştatları tanıyır, lakin bizim qan qardaşlarımz olan Türkiyə Respublikası, Özbəkistan Respublikası, Qazağıstan Respublikası, Türkmənistan Respublikası, Qırğızıstan Respublikası nəinki, tanımır, hətta parlamentlərində müzakirəyə belə çıxarmamışlar. Amma qondarma erməni soyqırımı kimi cəfəng, olmayan bir «Soyqırımı» Rusiya Dövlət Duması iki dəfə tanımışdır. Burada biz kimlərisə təqsirləndirməməliyik, bütün təqsirlər bizim özümüzdədir. Biz milli məsələdə çox geridə qalmışıq, özümüzü dərk etmək istəmirik, ona görə də daima əzilməkdəyik. Adlarımızı belə dəyişdirərək onları, azərbaycanlı, özbək, türkmən, qazax, tatar, qırğız, qaqauz, qumik, uyğur, başqır və başqa yer adları ilə adlandıraraq türk adımızı özümüz-özümüzə yasaq etmişik. Bunun böyük hissəsi bizim öz təqsirimiz üzündən olmuşdursa, bir hissəsi ilə bizə rəhbərlik edən yabancı millətlərin nümayəndələrinin üzərinə düşür. Nə qədər ki, onları özümüzdən uzaqlaşdırmamışıq, bizim Qarabağ problemimiz öz həllini tapmayacaqdır.


Son vaxtarda özbək türkü ilə mesxeti türkləri arasında, Qırğüz türkü ilə özbək türkü arasında baş vermiş qanlı olayları kimlər təşkil etmişlər? Çox təssüflə qeyd etmək istəyirəm ki, hətta Azərbaycanda olan türk əhalisinə onların türk olmasını dedikdə, bəzi manqurtlaşmışlar deyirlər ki, biz azərbaycanlıyıq, biz türk deyilik. Bu bədbəxtləri elə vəziyyətə salıblar ki, öz kimliklərini belə deməkdə çətinlik çəkirlər. Bu yerdə böyük Hun imperatoru olan Bilgə xanın sözləri yada düşür. O, üzünü türklərə tutaraq deyirdi: «Ey türk özünə qayıt, sən özünə qayıdanda böyük olursan». Bu söz min illər bundan əvvəl deyilmiş söz olsa da, yenə öz əhəmiyyətini itirmir. İndinin özündə də ayrı-ayrı yerlərdə parçalanmış biz türkləri öz içərimizdə məhv etmək üçün, onlara qarşı «Qarabağ» kimi problemlər yaratmaqdadırlar. Lakin onlar yanılırlar ki, Bilgə babamızın dediyi kimi türklər özünə qayıdanda, yəni kimliklərini dərk edəndə, onlar hər bir problemi həll edəcəklər.


Tarix göstərir ki, Osmanlı dövləti ilə Səfəvi dövlətini bir-birinə qarşı qoymaq, türk dünyasına zərbə endirmək üçün bu iki qardaş dövlət arasında qərbi Avropa və farslar zaman-zaman nifaqlar salmışlar. Həmin zamanlarda müharibə təhlükəsi yarandığı, qoşunların üz-üzə dayandığı vaxt Türk sultanı dağın başına saz çalanları yığaraq orada türk dünyasının mahnısını oxudur. Səfəvi dövləti tərəfdə olanlarda öz növbəsində bu saz mahnısını eşidib, həmin mahnını sazda səsləndirmişlər. Bunu görən hər iki qardaş türklər bir-birinə qarşı vuruşmadan həmin əraziləri tərk edirlər.

Baxın qərb dövlətlərinin və farsların yeritdikllər çirkin siyasət nəticəsində 1514-cü ildə Caldıran kəndi yaxınlığında iki qardaş dövlət arasında ölüm-dirim müharibəsi baş verdi. Bu müharibə barədə salnaməçilər yazırlar ki, göydə olan oxların sayı o qədər çox idi ki, göyün üzü örtülmüşdü. Hər tərəfdə yaralılar «ana, ata» sədaları ilə çığırıb kömək diləyirdilər. Bu müharibə zamanı hər iki tərəfdən 5 mindən artıq türk əsgəri həlak oldu. Türk dünyasının beli sındı. Məhz bu müharibələr, gələcək bədbəxtçliklərimizin əsasını qoydu. Bəs sual olunur ki, bu müharibələr, qardaş qırğınları olmaya bilərdimi, bəli olmaya bilərdi. Yalnız o zaman ki, biz öz soykökümüzdən uzaqlaşmayaydıq. Türk dünyasının dahiləri olanlar özlərinin türk olmalarını və türk dünyasının dahilərinin nəslindən olmalarını göstərir və bununla fəxr edirdilər. Səfəvi dövlətinin banisi olan Şah İsmayıl babamız türk, hətta türkün «piri» olduğu halda, özünü yeddinci şiə imamı Museyi Kazımın iyirmi birinci nəsli elan etdirirdi. Bununlada ətrafında olan və türkü məhv etməyə çalışan islam qiyafəsinə girmiş farslar, yanlış dini ideologiyasını zorla türklər üçün milli ideologiyaya çevirməyə başladılar. Bu milli ideologiyaya qarşı çıxan və öz türkçülüyünü saxlamağa çalışan, farsların çirkin siyasətlərini bilən minlərlə türklər edam edildilər və ya Osmanlı dövlətinə pənah gətirdilər. İndinin özündə də farsların türk dünyasını parçalamaq üçün şiə, sünnü deyərək biz türkləri bir-birimizə qarşı qoymaqdan əl çəkmirlər. Bunun qarşsını almaq üçün biz ayıq olmalı və bir şeyi başa düşməliyik ki, din bizim üçün ikinci cərgədə olmalı, yəni inanc yerimiz olmalıdır. Birinci yerdə isə bizim türk kimliyimiz durmalıdır. Onda biz özümüzü dərk etsək bizim içərimizdə bizə qarşı çıxan manqurtlardan da özümüzü qoruya bilərik.


«Haylar» ermənilər bunlar kimlərdir? Bunlara xalq, yaxud millət demək olarmı?


Tarixi tədqiqatlar bizə tam şəkildə sübut edib göstərir ki, haylar hind, fars və ərəb xalqlarından əmələ gəlmiş və onlar təfindən hibritlənmişlər. Onların tarixən nə torpağı, nə dövləti, nə də ki, daimi vətənləri olmamışdır. Onlar ömrü boyu başqa dövlətlərin ərazisində yaşamış və həmin dövlətlərə müxtəlif formada xidmətlərini göstərmişlər. Vaxtı ilə Azərbaycan ərazisində yaşayan pinəçiləri, dəlləkləri, saatsazları, ev ustalarını gözünüzün qabağına gətirin. Gözünüzün qabağına gətirin ki, bu insanlar türkün qabağında işləyən, ona qulluq edən olsalar da özləri kimi yurdu, yuvası bilinməyən, sonradan böyük türkün ərazisini ələ keçirərək dövlətlər yaradan rus, fars və başqa bu kimi xalqlar tərəfindən zaman-zaman şirnikləşdirilmiş və sonra isə bizim tarixi torpaqlarımızı zəbt edərək orada Ermənistan dövləti yaratmışlar.

«Erməni» sözünün özü türk sözüdür. Biz türklər bəzən «e» hərfini «ə» kimi və ya «i» kimi işlədirik. Məsələn, Rəvan qalasına İrəvan, İran, Rza adına İrza və bu kimi sözlərdən istifadə edirik. Məsələn, İrəvan, İran sözlərinin mənası rahat, rəvan, yumşaq deməkdir. Ən qədim zamanlarda Azərbaycan ərazisində ərmənlər deyilən toplum turklər olmuşlar və onlar uzun müddət başqa türk tayfaları ilə birlikdə fəaliyyət göstərərək, sonradan Azərbaycan dövlətinin bir zərrəsinə çevrilmişlər. Şahərmənlər, Qaraman tayfası ərmənəklər, və Osmanlı tərəfidən Qafqaza qovulmuş türk xristian rumlu -qreklər bu toplumun qalıqlarıdır. Haylar isə Azərbaycan ərazisində heç bir vaxt yaşamamış və heç bir dövlətləri də olmamışdır. Hətta biz türklər Hayları «Hay it» deyərək onları özümüzdən uzaqlaşdırmış və onların çirkli, natəmiz olduqlarına görə öz yanımzdan iti qovan kimi qovmuşuq.


Erməni sözünün yaranması barədə tarixdən məlumdur ki, eramızdan əvvəl IV əsrin sonlarında bugünkü Türkmənistanın ərazisində müstəqil Part (Parfiya-Arsaq) dövləti yarandı. Bu dövləti quranlar vaxtıilə Alp Ər Tonqa tərəfindən Azərbaycan ərazisindən köçmüş və uzun müddət orada yaşamış sakların baranlu (antik mənbələrdə (parn) boyu idi. Baranluların bir qismi isə əski Urartu ərazisində yaşayırdılar və həmin ərazinin hakimi idilər. Fars hakimiyyəti illərində sözü gedən ərazinin adı Harmana «Armeniya sözü buradan əmələ gəlmişdir». Beləliklə, Urartu «Harmana» oldu. Yunanlar isə həmin sözü Armeniya kimi tələffüz etdiklərindən ölkənin adı daha çox Armeniya kimi tanınmağa başlamışdır. Söhbət Şərqi Anadolunun Van gölü və Ağrı dağı ərazisindən, başqa sözlə qədim Urartu ərazisindən gedir. Saklar Azərbaycanın şimalından məhz həmin əraziyə köçmüşlər.Oralar isə həmin vaxtı madayların əlində idi.Maday hökmüdarı Keoskara baranlulardan olan Börkuyaruq (erməni mənbələrində skaordi Paruyuq, yəni sak oğlu Paruyuq adlı bir zədəganı həmin ərazilərin hakimi təyin etmişdir. Onun nəsli öncə madaylara, sonra farslara, daha sonra isə makedoniyalılara tabe olmuş və ölkə üzərində hakimiyyətlərini qoruya bilmişdilər. E.ə.IV əsrin sonlarında bu türk sülaləsi də Armeniyanın müstəqilliyini elan etdi.

05 iyun 2018-ci il
(Ardı var)

Bu xəbəri paylaşın: