Terrorçuları «hərbi əsir» saymaq olmaz…

Bu gün sosial şəbəkələrdə ermənilərin 2 hərbçimizi əsir götürməsi barədə yayılan görüntülərin noyabr ayında çəkildiyi məlum olub.


Hərbçilərimizin erməni işgəncəsinə məruz qaldığını əks etdirən görüntülərin noyabrın 10-11 tarixlərində çəkildiyi bildirilib.


Qeyd edək ki, bir neçə gün əvvəl erməni əsirliyindən xilas edilərək vətənə qaytarılan 12 hərbi qulluqçu arasında hər iki hərbçimiz var. Onlardan biri Nurlan Əlizadə, digəri isə Nahid Həmidovdur.

1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir. Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.

Göründüyü kimi, Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.

İndi isə gələk erməni terrorçularının Qarabağdakı quldurluq fəaliyyətinə. Həm beynəlxalq hüquqa görə, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə görə Azərbaycan ərazisində olan erməni quldurları, həm də terrorçu sayılır. Terrorçular isə əsir düşdükləri zaman hərbi əsir statusu daşımırlar. Belə olduğu halda yenə də Azərbaycan tərəfi öz böyüklüyün göstərərək onlarla hərbi əsir kimi davranır və humanistlik göstərir bundan əlavə əsirlərin dəyişdirilməsi prosesində də onlara güzəşt edir, az qala bir hərbi əsirimizə görə 5-6 erməni terrorçusu tələb edirlər. İndi bütün bunlar azmmış kimi erməni terrorçuları tülkü kimi gizlənib arxadan hücum edib tutduqları əsgərlərimizlə nəinki hərbi əsir kimi davranırlar, hətta onlara işgəncə verib telefonun kamerasına çəkirlər. Böyük ehtimal kimi kamera arxası daha ağır işgəncələr edirlər. Bunlar isə yuxarıda qeyd etdiyimiz Cenevrə konvensiyalarının qeyd-şərtsiz pozulmasıdır ki, bunu da yalnız terrorçular edə bilər.

Sevindirici haldır ki, bu terrorçulardan biri Şanlı Ordumuz tərəfindən ələ keçirilib. Panoram.az xəbər verir ki, görüntülərdə həmin erməninin hərbçilərimiz tərəfindən əsir götürüldüyü bildirilir (Təfərrüatı video kadrlarda əks olunub).

Erməni əsirlərinə gəlincə isə onların hər biri qanunsuz olaraq ölkəmizə gəldiyi üçün cinayət törətmişlər və buna görə mühakimə olunmalıdırlar. Mühakimə olunan adam terrorçu sayıla bilməz. Digər bir tərəfdən isə terrorizmə qarşı mübarizə zamanı ələ keçən terrorçulara da hərbi əsir statusu tanınmayıb. Çünki Azərbaycan Respublikası İnsan hüquqları və azadlıqları, dövlət təhlükəsizliyinin və beynəlxalq təhlükəsizliyin təmin olunması maraqlarını rəhbər tutaraq, terror əməlləri törədən və ya bu cür əməllərin törədilməsində iştirakçı olan şəxslər bu əməllərin planlaşdırılması və ya həyata keçirilməsi yerindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi, habelə Azərbaycan Respublikasının qəbul etdiyi «Terrorizmə qarşı mübarizə haqqında» Qanunun 17-ci maddəsinə görə: «

Amma bu məqamda yadımıza bir sual düşür: Bu beynəlxalq qanunlara görə hərbi əsir statusu olmayan terrorçulara görə 4 hərbçimizi həbsə məhkum edənlər, bu terrorşulara hansı cəzanı verəcəklər? Hansı ölkədə terrorçuya görə qanuni hərbçini həbs edilməsi faktı barədə bir məlumatı olan varmı?

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: