Aslan İsmayılov bu mövzuda danışacaq ən son adam da deyil

Bu dəfə quşlama sırası  hüquqşünas Aslan İsmayılova çatıb. Haqqı və döyüşçü haqqında ən son danışmaq haqqı olmayan birisinin öz «ölçüsündən və çəkisindən» yekə danışığını sizlərə təqdim edirik:

«Bundan başqa, məni kimi digər minlərlə insanların həmin hesaba olan köçürmələrinin necə və hara xərcləndiyi barədə hesabat istəmək hüququmuz var. Başqa bir vəziyyətə də münasibətimi bildirməyi özümə borc bilirəm. Şəxsən mən bu gün yayılan bir çox videolarda əsgərlərin olduqları vəziyyətdən narazılıqlarını tam başa düşə bilmirəm. 

Bəziləri az qala xidmət yerlərində hamam, sauna da istəyəcəklər. Hamı anlamalıdır ki, bu müharibədir və orada olan çatışmamazlıqlara dözmək də lazımdır. Bəzi yersiz tələblər haqlı tələblərə də kölgə salır və onsuz da bəhanə axtaran məmur qoşununa vəzifələrinin yarıtmaz yerinə yetirmələrini malalamağa imkan verir”.

Aslan İsmayılov qulağını aç və yaxşı eşit. Bunu sizə döyüşçülər adından deyirik. Öncə özləri və bu gün də övladları döyüşən döyüşçülər adından deyirik. Sizin kimilərini ən arxa postlarda qoysaq, bir fabrik sizin kimilərə pampers çatdıra bilməz. Bu problemlər ki, əsgər qaldırır, AVMVİB olaraq araşdırmışıq. Hamısı var və ilk olaraq doğru reaksiya da hər birimizin ehtiram bəslədiyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və «Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlaması olub. Sizin kimilər haradan bilsin ki, əsgər nə çəkir? Haradan biləsiniz ki, öz evinin çörək gətirəni olan əsgər 3 aydır, nə özü, nə də ailəsi pul üzünə həsrətdir? Haradan biləsən ki, tərxis olunan əsgəri şər qarışanda hərbi hissədən buraxıb «nə ilə gedirsən, get» deyən rus əlaltıları hələ də orduda tüğyan edir? Bu sənə günahsız sumqayıtlıya ölüm hökmü verməyə bənzəməz. O dilini saxlaya bilmirsənsə, get bu ucuz virusa yoluxdur. Həm millətin, həm də döyüşçülərin sizin kimilərdən canı qurtarsın.

Bəli, problem var. Bunu Müdafiə nazirliyi həll etməlidir. İllərcə öz komfortlarını quranlar bu dəfə qalib gəlmiş əsgərin problemlərini həll etməlidirlər. İçi də bu Aslan İsmayılov daxil.

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: