
Abbas Hüseynli
Keçmiş döyüşçü, araşdırmaçı-yazar (Rəhmətlə anırıq)
TƏKRAR
(Əvvvəli: https://fedai.az/?p=23882)
Ermənilər türk dünyasına qarşı ilk dəfə özlərinin mərkəzləşdirilmiş «Qımdatlar» deyilən dərənəklərindən istifadə etmişlər. Bu dərnəklər vasitəsi ilə onlar türklərin baş bilənlərini, qabaqda gedənlərini öldürmüş, əhalimizi isə soyqırıma məruz qoymuşlar. Bu işdə onlara həm də kilsələr və kilsə xadimləri köməkliklər etmişlər. Tarixçilərimizə gün kimi aydındır ki, indiki Ermənistanın ərazisində yerləşən «Eçmiədzin» (Üç müəzzin və ya Üç məbəd) biz türklərin ibadət yerlərimiz olmuşdur. Ərəb dilində «MÜƏZZİN» azan verən şəxsə deyilir. Üçmüəzzin isə, bəzi mənbələrdə üç məsçiddə azan verilməsi göstərilir. Həmin Eçmiədzinin ermənilərə, eləcədə xiristian dininə heç bir aidiyyəti yoxdur. Bu məbədlər biz, Azəri- Alban türklərinin məbədləridir. Yaxşı ki, Hidayət Rüstəmbəyli kimi öz xalqını, öz millətini sevən türk oğulları vardır. O, türk tarixi barədə yazmış olduğu kitabında açıq şəkildə Eçmiədzin kilsəsi barədə tarixi faktları ortaya qoyur. Orada biz 1796-cı ildə rus rəssamı Zubovun «Eçmiədzin» kilsəsini çəkdiyi şəkilə baxırıq. Burada bir birindən bir qədər aralıqda 3 məsçidin olmasını görür və həmin məsçidlərin yanında da müsəlmanların olmasını, hətta həmin yerdən yəni kilsənin içərisindən heyvanların çıxmasının da şahidi oluruq. Bundan başqa həmin yerdə kilsənin üzərində çərxi fələyi özündə əks etdirən hər təfəfi bərəbər olan xaçı biz göürürük. Bu xaç İsa peyğınbərin çarmığa çəkidiyi xaç, yən T şəkilində olan xaç deiyldir. Bu türkün tanrısı olan Tenqri xanını, yəni biz azəri-alban-türklərinə aid olan və insanlara həmişə kömək etiməyə hazır, xoşbəxtlik rəmzi olan xaçdır. Təsadüfü deyil ki, bu xaç hal -hazırda dünyada insanlara yardım göstərən «Qızıl aypara» cəmiyyətlərinin emblemində də əks olunmuşdur.
Təsadüfü deyil ki, fransız alim Baron de-Bay indiki Ermənistana səfər edərkən orada «Eçmiədzində» özünə yuva qurmuş erməni keşişəlri barədə yazmışdır: »Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur…Mənim bütün minnətdarlığıma baxmayaraq, mən səmimi olmalıyam. Bu monastır məndə dini mərkəzdən çox siyası mərkəz təəssuratı yaratdı. Bütün bunlarda onu bir daha göstərir ki, bu monastırın ermənilərə-haylara heç bir aidiyyatı yoxdur. Bu yalnız biz türkələrə aid olan monastırdı. Lakin, çox təssüf ki, biz islam dinini qəbul etdikdən sonra öz keçmişimizə, öz tariximizə qarşı çıxmış və onlardan uzaqlaşmağa başlamışıq. Biz nə qədər öz tariximizdən uzaqlaşırıqsa o, qədər düşmənlər bizə qalib gəlirlər.

Hayların bəşəriyyətə, insanlığa qarşı cinayət hadisəsi törətməsində ən böyük iştirak edənlər ermənilərin «din xadimləri» olmuşlar.Onlar öz çirkin məqsədlərini həyata keçirmək üçün insanların allah evi kimi tanıdıqları kilsələrdən, məbədlərdən istifadə etmişlər.Hələ vaxtı ilə Qafqazda işləmiş Rus diplomatı, general Mayevski öz qeydlərində yazırdı ki, «Erməni din xadimlərinin dini fəaliyyəti olduqca cüzidir.Erməni din xadimlərinin fəaliyyəti «Allah kəlamını» çatdırmaqdan çox müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir».
Çox təəssüflə qeyd etmək istəyirəm ki, bizim tarixçilərimiz, din xadimlərimiz nədənsə qorxur, həqiqəti dünyaya çatdıra bilmirlər. Onlar sübut edə bilmirlər ki, Azərbaycan türkü heç bir vaxt xiristian olmamışdır. Ərazimizdə olan bütün monastırlar, kilsələr isə biz türklərə məxsusdur. Onlarda xiristianlığa aid heç nə yoxdur. Hətta Norveç səyyahı Tur Xeyirdal Şəki şəhərinin Kiş kəndində olarkən orada olan monastırı ziyarət edərək bu monastırın eramızdan əvvəl IV əsrdə tikilməsini və monstırın üzərində isə + cərxi fələk xoşbəxtlik rəmzi, insanlara hər cəhətdən köməklik edən təkallahlığı özündə göstərən fartunanı görərək təəccüblənmişdi. O, Azərbaycanı ən qədim diyar adlandırmışdı. İndi Siz özünüz baxın əyər ermazdan əvvəl Azərbaycanda monastrılar, məscidlər var idisə, onların yüz illər sonra həyata göz açan İsa peyğənbərə, xiristianlığa nə aidiyyatı vardır? Niyə Siz sübut etməyə çalışmırsınız ki, bu məbədləri, kilsələri, yalandan ermənilər özlərininki etməyə çalışırlar ki, guya bu ərazilərdə onlar vaxtı ilə yaşamışlar. Bu yaxınlarda erməni kilsəsinin rəhbərliyi Amerika keşişəlrinə müraciət edərək bildirmişlər ki, Azərbaycanda olan xiristian kilsələri Azərbaycan türkləri tərəfindən məhv edilir. Bir nəfər belə Azərbaycan alimi onlara üzünü tütub deyə bilmir ki, istər indiki Ermənistanda olan kilsələrin, istərsə də Azərbaycanda olan kilsələrin ermənilərə heç bir aidiyyatı yoxdur. Bunlar biz türklərin əcdalarına məxsus dini inanc yerləridir.
Tarixin öyrənilməsi müəyyən mənbələr, qaynaqlar əsasında öyrənilir. Bu mənbələr, qaynaqlar iki yerə bölünür: Bunlardan birincisi, ən qədim və qədim arxeoloji abidələrdir. İkinçisi isə, qədim yazılı mənbələr hesab edilir.
Arxeolji qazıntılar zamanı yeraltı mədən təbəqəlrindən, qədim məskənlərdən aşkar edilmiş müxtəlif əmək alətlərindən, silahlardan, məişət və bəzək -düzək əşyalarından, dini heykəllərdən və sairədən ibarətdir. Çox təəssüf ki, bizim alimlər nə əvvəllər, nə də ki sonrakı vaxtları Azərbaycan ərazisində lazımı arxeolji qazıntılar aparmamış, aparılmış qazıntıların əksəriyyəti isə rus, erməni və başqa bizdən olmayan alimlərin rəhbərliyi ilə aparılmışdır. Onlar isə hər tapılan arxeoji qazıntı ilə əlaqədar çıxarılan qədim abidənin mənbəyinin saxtalaşdırılması üçün lazım olan bütün işləri etmişlər. Yaxşı ki,1968-ci ildə Azərbaycanlı alim Məmmədəli Hüseynov Azərbaycan ərazisində aparılmış qazıntıya rəhbərlik edərək Qarabağda Azıx mağarasından ibtidai insanın alt çənə sümüyünün qalığını tapmışdır. Antropoloqlar həmin ibtidai insanı «Azıxantrop», yəni «Azıx adam» adlandırmışlar. Bu tapıntının dünyada ən qədim tapıntılardan dördüncüsü olmasını dünya alimləri göstərilmişlər.Onlar bu ərazidə insanların 350-400 min il bundan əvvəl yaşadıqlarını, Azərbaycanın qədim insanların formalaşdığı ərazilərdən biri olduğunu sübut etmişlər. Hətta alimlər Azıx mağarasında 700 min il bundan əvvələ aid oçaq izləri aşkar etmişlər. Həmin ocaqdan orada yaşamış ən qədim insanlar isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün üstifadə etmişlər.
Dünyada ən qədim insanların qalıqları ilk dəfə 1931-ci ildə Şərqi Afrikada, Keniya, Tanzaniya ölkələrinin ərazisində tapılmışdır. Bu insan qalıqlarına əsasən alimlər sübut etməyə çalışmışlar ki, ilk insanlar yer kürəsində 2-3 milyon il bundan əvvəl yaşamışlar. Azərbaycan ərazisində isə ən qədim insanların yaşaması 1,5 milyon il bundan əvəvələ aid olmasını göstərilmişdir.Belə ki, Azərbaycan ərazisində yaşayan qədim insanların yaşadıqları bəzi düşərgələr arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Bunlardan Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Naxçıvanda Qazma, Qazaxda Daşsalahlı, Damcılı, Lerikdə Buzeyir mağaraları vardır. Yenə də təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın ən qədim arxeoloji qazıntılarının aparıla biləcəkləri ən qədim insanların məskənləri, qədim tariximiz Mingəçevir su elektrik stansiyasının, Şəmkir su elektrik stansiyasının tikilişləri ilə əlaqədar su altında qaldı və nəticədə millətimizin tarixi sulara qərq oldu. Biz hələdə başa düşə bilmirik ki, hansı səbəbə görə və kimlərin fitvası ilə bizim qədim ərazimizdə su elektik stansiyası tikilmişdir. 1948-ci ildə başlanan bu tikili bizim millətin gələcəyinə böyük zərbə olduğu, zaman keçdikcə özünü daha bariz şəkildə göstərəcəkdir. Məhz bu su elektrik stansiyasının tikilməsi ilə biz Ermənistan və Gürcüstanı elektrik enerjisi ilə təmin etməliydik və bunu da vaxtı ilə öz tariximizi, münbit torpaqlarımızı su altında qoymaqla lazımı qaydada həll etdik.

Bəzən biz öz şairlərimizi, yazıçılarımızı özümüzə nümunə edirik və onldardan nə isə öyrənməyə çalışırıq və kor-koranə onları təbliğ edirik. Zaman keçdikcə isə bu ziyalıların doğru yolda olmadıqlarını, bizi tamam başqa səmtə aparmalarını görürürük, lakin yenədə öz sözümüzü deyə bilmirik. Azərbaycanın böyük şairi, hamımızın sevimlisi Səməd Vurğun vaxtı ilə Mingəcevin su elektrik stansiyasının tikilişi ilə əlaqədar böyük poema yazmışdır. Həmin poemadan görünür ki, torpaqlarımzın su altında qalmasına, tariximizin məhv edilməsinə elə bil ki, şairimiz sevinir. Sarvanın bulduzeri gecə və gündüz sürərək torpağımızı alt-üst etməsini şair gözəl, poetik şeiri ilə tərənnüm edir. Adam istəyir ki, bu şeirdən sonra özü traktora minib bu xəyanətkarlığı davam etdirsin.
Böyük şarin yazmış olduğu «Vaqif» dramını tarixi bir dram kimi oxuduqca, böyük şarin tarixi neçə də saxtalaşdırmasının şahidi oluruq. Böyük şair yazır Qarabağ xanı İbrahim xan Şah Qacara qarşı apardığı mübarizədə qəhrəmanlıq göstərdi və ona tabe olmadı, hətta olmayan bir sujet yaradır. Şair Vaqiflə, Türk dünyasının birliyini yaratmağa, Rus işğalçılarına qarşı birlikdə mübarizə aparmağa çalışan Ulu Öndərimiz Şah Qacarla Vaqifi üz-üzə qoyur və burada Qacarı Vaqifin ələ salması və aşağılaması üçün nə lazım idisə onu edir. Bu deyişməni oxuduqca öz-özünə fikirləşirsən ey böyük şair, sən tariximizi belə saxtalaşdırmaqda kimin yanında yaxşı olmağa çalışmısan? Heç kəsə gizli deyil ki, İbrahim xan ruslarla əlbir olmaqdan ötrü çox şeyləri qurban verdi, hər şeydən əvvəl türk dünyasına zərbə vurdu. Biz «Qarabağnamə»də oxuyuruq. Qacarın Kaxetiyaya hücumunu gördükdən sonra xan həmin ərazidə olan gürcü kinayzına öz köməyini göstərir, özü də bu kömək barədə məlumaları kimlər vasitəsi ilə Gürcü kinayzına çatdırır, ermənilər vasitəsi ilə, məhz həmin ermənilər, Azərbaycan ərazisində qurulmuş istər Gəncə xanı Cavad xana, istərsə də İbrahim xana sonradan neçə bir zərbə vurmalarını biz tarixdən bilirik. Hətta İrəvan xanlığının Gürcü kinayzı tərəfindən işğal edilməsi üçün onunla İbrahim xan ittifaq bağlayır.
Dünyanın 4 içtimai iqtisadi formasiyadan keçməsi sübut olunmuş və hər bir içtimai iqtisadi formasiya öz bazisi və üst qurumuna görə qiymətləndirilmişdir. İlk ibtidai icma qurluşu, insanların sürü halında yaşadıqları, sonradan onların qəbilə, tayfalarda birləşərək yaşadıqları vaxtlardır. Bu insan həyatında uzun sürən bir prosses olmuşdur. Həmin dövürlərdə ən qədim insanlar biz türklərin yaşadıqları məlum olmuşdur. Bütün bunları arxeloji qazıntılar, dini inanclarda özünü göstərir. Heç kimə gizli deyil ki, ilk insanlar bütpərəst (çox allahlı) olmuşlar. Onların bütpərəstliyini göstərən çoxlu tarixi tədqiqat materialları vardır. Onlar haqqında sonralar danışılacaqdır.
Dünayanın necə dəfə dağılması və hal-hazırkı svilizasiyanın necənci sivilizasiya olması barədə almlər arasında böyük fikir ayrılığı vardır. Bizə çatan və elmi, dini cəhətdən sübut olunmuş sivilizasiya isə ikinci sivilizasiyada yaşamağımızı göstərən sivilizasiyadır. Tarix böyu alimlər həmişə dünyanın necə yaranmasını, onun əvvəli və axırının necə olmasını öyrənməyə çalışmışlar. Hətta bu sahədə almlər arasında böyük mübahisələr və çəkişmələr olmuşdur. Doğrudur elm hələ elə bir zirvəyə çatmamışdır ki, bunlara tam şəkildə aydınlıq gətirsin və həqiqətin kimlərin tərəfində olmasını bizə göstərsin.

Artıq sübut olunmuşdur ki, dünyada ilk kamil insan Adəm peyğənbər olmuşdur. Allah- təala «Quran»da Adəm peyğəmbəri, «ƏBUL BƏŞƏR», yəni Bəşərin Atası adlanıdırmışdır.Allah tala dünyaya peğənbərləri ona görə göndərmişdir ki, dünyada əmin-amanlıq olsun, haqq ədalət zəfər çalsın. Qurani- Kərimin «Bəqərə» surəsi 30-cu ayəsində görünür ki, mələklər dünyaya insanın gəlməsini istəməmişlər və onlar Allah — təaladan axıra qədər ona qulluq etmələrini, lakin insanı yaratmamağı, vaxtı ilə yaratmış olduqlarının isə dünyaya fəlakətlər, fitnə fəsadlar, qan tökdüklərini göstərmişlər. Allah tala isə dünyaya, dünyanın ən qiymətli inçisi olan kamil insanı dünyanın 4 yerindən Şimal, Şərq, Qərb və Cənubdan torpaq götürüb dünyanın mərkəzi olan Məkkədən su götürərək qana çevirdi, torpaqla yoğurub 6666-ilə Adəmi xəlq etdi…
(Ardı var)
