
XAQANİ Ədəboğlu
Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində düşmən üzərində Zəfər çaldı. Amma buna baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə erməni quldur dəstələrinin, diversiya qruplarının və qanunsuz hərbi birləşmələrinin qalması Rusiyanın növbəti məkrli oyunlarından sayılmalıdır. Ordu birliklərimizə və mülki şəxslərə hücum cəhdləri, təxribat törətmək məqsədiylə işlək yollara minalar basdırılması barədə məlumatlar daxil olur. Demək olar ki, döyüşlər bitdi, amma müharibə davam edir. Xüsusən də, informasiya savaşı günbəgün kəskinləşir. Hərçənd ki, bunun bizim mövcud jurnalistikamıza sanki heç bir aidiyyatı yoxdur. Az bir qisim istisna olmaqla, bizim dediyimiz jurnalistikanı, demək olar ki, elə Marqarita Simonyan «idarə eləyir». Niyəsini özünüz düşünün…
Xüsusən, Xocavənd, Əsgəran və Ağdərə rayonu ərazisində qanunsuz erməni silahlı dəstələrinin yeni mövqelərdə möhkəmlənmək və yerləşmək cəhdləri müşahidə olunur. Onların ərzaq təminatını isə sülh məramsız ölkəmizə soxulmuş rus birlikləri həyata keçirməsi barədə məlumatlar var.
Ermənilər hər bir savaşda «ruslar bizi satdı»-deyib hay küy salırlar. Sizcə bu niyə belədir? Azərbaycanlılar «İvan idi domoy!»-dediyi bu ruslardan bunlar «gəlib onların yerinə ölmələrini» açıqca tələb edirlər. Əlbət ki, alınan şey satılar. Rus imperiyası bu toplumu pul verməklə satın alıb və bu ərazilərə gətirərək köpəklik etmələrini tapşırıb. Tək missiyaları Türk-Turan birliyi yolunda əngəl olan zəbt olunmuş torpaqların qorunmasıdır. Rusiya üçün Ermənistan adlı bir dövlət və erməni adlı bir millət yoxdur, Rusiyanın platsdarmı və onu qoruyan mənəviyyatı deqradasiyaya uğradılmış yalançı, riyakar bir köpək sürüsü var. Onlar üzərində 200 ildir ki, manipulyasiya edilir və qabaqlarına sümük əvəzinə «böyük Ermənistan» adlı bir xülya atıblar. Tam 200 ildir ki, bir hay-boş qaraçı toplumunu bu utopiya uğrunda oynadırlar.
Bu dəfə də ələ salınan bu toplumun ən ağıllı adamı bəlkə də Paşinyandır. O, onların olmayanları verib özünün olacaqlarına sahib olmaq istəyir. Bu proseslərin görünən tərəfidir. Amma 200 illik bir dövrdə bu hay-boş taborunu istismar edən baronlar buna imkan verməzlər. Hazırda bizim ölkəmizin sərhədləri daxilində qalmış və Rusiya sülh qarğalarının arvadlarını ora-bura daşıdığı 18-20 minlik qanunsuz hərbi birliklər qalmaqdadır. Faktiki olaraq bu gün Ermənistanda ordu birliyi deyilən qüvvə yox səviyyəsindədir. Hadisələrin əvvəlindən rus propoqandonistlərinin uydurduğu «armiya oboronı artsaxa» pərdəsi altında Qarabağa yerləşdirmək istəmələri artıq ortadadır. Rusiyanın təbliğat ruporu bir mujik nadanlığı və inadkarlığı ilə dünyaya təqdim etmək istəyirlər ki, Azərbaycan bu adı olan, amma özü Ermənistan ordusundan ibarət olan orduyla döyüşüb. Hətta rus varlığını sübut edən «qruz-200»-lərin Krasnodara daşınmasını araşdırmadan, hələ bizə Türkiyəni, Pakistanı, Əfqanıstanı, Gürcüstanı, Suriya terrorçularını, İsraili və ağıllarına gələn hər kəsi bizimlə birgə «armiya oboronı artsaxa» qarşı döyüşüblərmiş. Bircə faktı bu rus «mujiklərinə» xatırladım ki, müharibədə gəbərdilmiş 12700 nəfərdən cəmi 132 nəfəri Qarabağ ermənisidir. Hələ bu leşlərdən 4 nəfərini qondarma ombudusman Artak Beqlaryan «mülki əhali» kimi qeydə alıb. Bizi suriyalı terrorçuları gətirməkdə suçlayan televiziyaların sahibi olan Rusiya öz təyyarəsiylə daşıdığı və qəhrəmanlarımız tərəfindən gəbərdilənlərin kadrları, sənədləri bizim əlimizdədir (Foto).
Qoy Krasnodar Erməni Respublikası (oxu-RF) uydurduğu bu iyrənc yalanlara son qoymalıdır. Əgər vicdanlı rus jurnalisti qalıbsa, buyurub bu faktları yoxlasınlar. Rusiya SM yanvar ayının 11-dək bu gücləri ərazilərimizdən çıxarmasalar, Azərbaycanın silahlı gücləri bütün bölgələrdə antiterror əməliyyatlarına start verməlidirlər. Rusiya illərlə dünyaya sırıdığı etnik çoxluq və müqəddəratı təyin etmə kimi cəfəng müddəalar da əldən çıxıb. Bu gün pişik dişində balasını daşıyan kimi bölgəyə daşıdığı əhalinin sayını açıqlayıb. Güya «erməni daşıma məramlıları» atəşkəsdən və Rusiya sülhməramlı kontingentinin əraziyə daxil olmasından bəri 42.367 nəfər geri qaytarılıb. Bundan 30 gün vaxt keçib. Deməli, hər gün 1200-dən çox adam daşınıb. Heç zaman Xankəndinə 12 reysdən artıq avtobus gəlməyib. Amma hər gün ən azı 40 reys dolu olmaqla avtobuslar işləməliydi. Gələn avtobuslar isə heç zaman dolu olmayıb. Yəni Rusiya erməni becərməklə və bu barədə feyk xəbər yaymaqla məşğuldur. Üstəlik, Krasnodardan buraya erməni köçürməyi planlaşdırır. Hər iki tərəfin muzdlu aqitprobu olan Solovyov artıq erməniləri vətənlərini qorumağa çağırışlar edib.
Rusiyanın özünü aparma tövrü burada uzun zaman qalmaq planlarından xəbər verir. Yaratdıqları Modul Mərkəzlər və daşıyıb gətirdikləri silahlar bunu deməyə əsas verir. Həmçinin, Rusiya hərbi akademiyası Qarabağda məhv edilən hava hücumundan müdafiə sistemləri barədə araşdırma aparır. Rusiya hərbçiləri Ermənistanla Azərbaycan arasında Qarabağda bu günlərdə başa çatmış müharibənin təcrübəsini ətraflı şəkildə təhlilinə başlaması təsadüfən aparılmır. Artıq bu silsilədən olan silahların Ermənistana daşınması da bu deyilənlərlə bağlıdır. Rusiya tərəf olaraq uduzduğu bir müharibədə itkilərinin yerini doldurmağa çalışmaqdadır. Özü də çox tələsir. Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib ki, ən qısa müddətdə bir qrup rus əsgəri təyin olunmuş ərazilərə yerləşdirilib və 23 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməyə başlayıb. Şoyqu bildirib ki, gələn ilin 1 aprelinə qədər Qarabağda sülhməramlı kontingent üçün 32 modul tipli qəsəbə salınacaq». 1960 nəfərlik bir qrup üçün 32 modul mərkəz çox deyilmi? Yəni bunlar bölgəyə oturmaq üçün gəlirlər. Bu aydındır. Yadıma bir «manıs» lətifəsi düşdü: «Manıs, yəni toy aparan ansambl toya gəlmək qiymətini danışır. Rəhbər deyir 1000 manat. Toy sahibi razılaşır. Manıs qiymətə etiraz olmadığını görüb ansamblı göstərib deyir: «Hər birimizə». Toy sahibi yenə razılaşdığını görən manıs deyir: «Üstəgəl maşın pulumuz»…
Rusiya «manıs» kimi bura 1960 nəfərə icazə alıb, əraziyə əlavə adam daşımaqdadır. Ginekoloq, kinekoloq, dülgər, qaynaqçı, sağıcı, sapyor, radiominyor, dərzi, mamaça, santexnik, elektrik, bircə sutenyorları çatmır. O da yəqin Sterliqov olacaq. Sülhməramlı nə vaxtdan ev tikən olub? Bu peşələrdən yalnız burada kinekoloqa (itə baxan) ehtiyac var. Rusiya kinekoloqu bol eləsə, öz itlərinə daha yaxşı baxarlar. Bir daha qeyd edim ki, rusların gətirdiyi mamaça sabah Ermənistana gətirib qoyduğu 2 ədəd T-90-nı sürsə təəccüblənməyin. Yəqin ki, dülgər və yaxud da santexniklər də ballastik raketləri atacaqlar…
TƏVƏRƏ XAÇ alban monastrı Kosmosdan görüntü Tonaşendəki hərbi baza. Cəbhə komandanlığı buraya yerləşdirilib
Bölgədə qalmış erməni terrorçu qrupları da hərəkətə keçib. Onlar möhkəmləndirmə işləri görür və yerləşməyə çalışırlar. Bunu öz yaydıqları videolar da təsdiq edir. Məsələn, Ağdərə rayonu Tonaşen kəndindəki bazaya və Təvərəkeş (Erek Mankunq-erməni uyduran ad) Alban kilsəsi yanında yeni yaradılmış hərbi hissələrdə komplektləşdirmələr aparılır. Ağdərə rayon mərkəzi, Çapar və Sırxavənd kəndində də eyni işlər görülməkdədir. Hələ bunların hərbi təlim keçirmələrini də xəbər vermişdik. Xocavənd rayonu ərazisində də bütün yüksəkliklərdə yerləşimə start verilib. Anoloji işlər Əsgəran rayonunda da aparılır. Biz bu proseslərə səssiz qalmamalıyıq. Düşmən gücləri ölkəmizdən çıxarılmalıdır…
Və ən yaxşısı: İVAN İDİ DOMOY!
Прощай, немытая Россия,
Страна рабов, страна господ,
И вы, мундиры голубые,
И ты, им преданный народ.
М.Ю.Лермонтов
P.S. Videolarda qanunsuz erməni terror birləşmələrinin yeni mövqeləri əks olunub…(https://youtu.be/r-1P4s5bJpc?t=16, https://youtu.be/pSS7A1q7jKE?t=4, https://youtu.be/-cfrVi5qgEo?t=5, https://youtu.be/5jD41In37pg?t=9, https://youtu.be/HEFlXsPInP8?t=14, https://youtu.be/-cfrVi5qgEo?t=16, https://www.facebook.com/100003173510500/posts/3575435989238816/,https://www.facebook.com/100003173510500/posts/3575435989238816/)
P.P.S. Bu videoları toplayıb facebookda yaymış Camal Cəfərquluya öz minnətdarlığımızı bildiririk.