DÖYÜŞÇÜ MÖVQEYİ: HƏR BİRİMİZ ÖZ TARİXİMİZİ ÖYRƏNMƏLİYİK!

Abbas Hüseynli
Keçmiş döyüşçü, araşdırmaçı-yazar (Rəhmətlə anırıq, Məkanın cənnət olsun!)

TƏKRAR

(Əvvvəli: https://fedai.az/?p=23882, https://fedai.az/?p=23966)

Elmi tədqiqatlardan da görünür ki, bəşəriyyət eyi bir kökdən Adəmdən və Həvvadan dünyaya insanlar gəlmiş və onlar dünyaya səpələnmişlər. Buna baxmayaraq bu insanlar arasında olan düşmənçilik, müharibələr,əyyaşlıq, əxlaqsızlıq, Allaha qarşı çıxmalar zaman-zaman çoxalmışdır. Bütün bunlar dünyanın su altında qalmasına və Nuh peyğənbər, ona yaxın olan adamların, eləcə də gəmiyə mindirilmiş cüt heyvanatdan başqa hər şeyin su altında qalmasına gətirib çatdırmışdır. Tarixi-dini teoloji rəvayətlərdə göstərilir ki, Allah- təala Adəm peyğəmbərdən sonra ikinci peyğənbərimiz Nuh peyğəmbərə dünyanın su altında qalacağını xəbər verilir və ondan bir böyük gəmi düzəltməsi, həmin gəmiyə ona inananları, eləcə də heyvanatdan bir cüt olmaqla özü ilə gəmiyə götürməsini bildirir.

Nuh peybəmbər Allah -təalanın dediyi kimi də edir. Onun üç oğlundan bir rəvayətə görə Sami və Hami atasına qulaq asmayaraq onunla gəmidə olmaq istəmirlər. Rəvayətlərdən görünür ki, hər ikisi həm Sami, həm də Hami dünyanı su basarakən başqa insanlarla, canlılarla birlikdə onlarda məhv olurlar. Adəm peyğəmbərdən Nuh peyğəmbərə qədər olan müddət alimlər tərəfindən 2225 ilin olması göstərilmişdir. Həmin vaxt Nuh peyğəmbərin 500 yaşı olmuşdur. Nuh peyğənbər peyğəmbərlər içərisində çox yaşayan peyğəmbər olmuş, yəni onun 950 yaşa qədər yaşaması göstərilmişdir. 155 gün ərzində Allah- təala dünyanı suya qərq edir və dünyada demək olar ki, bütün canlılar məhv olur. Nuhun gəmisi indiki Ağrı dağına dəyərək həmin dağın adınıda nə «ağır» dağdır demiş və bundan sonra Elanlı, Haça dağının arasından keçərək «Qapıçıq» dağınının üzərində indiki Naxçıvanın ərazisində dayanır. Həmin vaxt Nuh peyğəmbər gəminin pəncərəsini açaraq əvvəlcə bir qarğanı pəncərədən buraxır. Bir qədər keçsədə qarğa geri qayıtmır. Bundan sonra bir göyərçini havaya buraxır. Bir qədərdən sonra göyərəçin gəlir, lakin heç nə gətirmir. Axırıncı dəfə bir göyərçini də peyğəmbərimiz havaya buraxır. Bu göyərçin gələndə isə onun ağzında zeytun ağacının yarpağının olması görünür. Bundan sonra artıq bilinir ki, su çəkilmişdir.Allah taladan həmin vaxtı Nuh peyğənbərə belə bir göstəriş gəlir ki, ey Nuh, gəminin pəncərələrini və qapısın aç artıq quru yerdəsiniz.

Beləliklə də bütün dünya alimlərinin göstərdikləri kimi ilk insanlar məhz Naxçvanın ərazisində «Qapıcıq», dağı yəni dünyanın qapısı deməkdir. Gmidəkilər Qapıcıq dağının yuxarısında torpağa qədəm qoymuşlar. Hətta Ağrı dağının adı belə Nuh peyğəmbərimizin gəmi həmin dağa dəyərkən, nə «ağır dağdı» deməsi ilə əlaqələndirilir. Təsadüfü deyil ki, Naxçıvan adı da məhz Nuh peyğəmbərimizin adı ilə qoyulmuşdur. Naxçıvan, beləliklə Noxçıvan, Nuhçıxan, yəni Nuhun çıxdığı yer deməkdir. Həzrət Nuh və tufan barədə «Bilqamış dastan»ında maraqlı məlumatlara rast gəlirik.Bu məlumatlar Tövrat və Qurani-Kərimdəki süjetlərdən az fərqlənir, demək olar ki, üst-üstə düşür. Burada sözü gedən peyğəmbər Utnapiştim (Ziusudra) adı ilə yad edilməkdədir. Baş verənlər isə onun öz dilində nəql edilir. Bunlar Tövratdan 2 min il daha qədim olan süjetlərdir. Onu da bildirmək istəyirəm ki, Nuh peygəmbərimizin qəbri hal-hazırda Naxçıvan şəhərindədir, həmin yeri minillərdir ki, insanlar ziyarət edirlər. Nuh peyğəmbərimizin Naxçvanla bağlılığını subut edəcək mötəbər mənbələrdən biridə 1-ci, 2-ci əsrlərdə yaşamış Roma tarixçisi Ptolomeyin yazdıqlarıdır. O, Nuhun burada yaşayıb burada öldüyünü, burada yerdən duz çıxarmaqla məşğul olduğunu qeyd etmişdir.


Hal-hazırda da Naxçıvan ərazisində duz mağaralarının olması, hətta həmin ərazilərdə qazıntı zamanı ən qədim insanların belə orada duz çıxarmaları aşkar olunmuşdur. Roma tarixçisi Ptolomeyin sözlərinin həqiqi olmasını bunlarda sübut edir.


Çox təəssüflə qeyd etmək istəyirəm ki, ermənilər Naxçıavanın onların şəhəri olmasını göstərməyə çalışırlar. Onlara bir deyən yoxdur ki, ay dığalar əgər Naxçıvanın sizə hər hansı bir aidiyiyyatı olsaydı onda onun adı Nuh qınaq adlanardı, niyə Nuh cıxdı deyilir.


Elmi araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində yaradılan ilk dövlət, xaqanlıq institutunun təsisi dövlətçilik tarixinin başlanğıcı Nuh əleyihisalamın adı ilə bağlıdır. Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi həzrət Nuhun oğlu samilərin Yafəs , türklərin isə Olsay adı ilə tanıdıqları şəxsin adı çəkilir.

8-ci əsrdə yaşayıb yaratmış alban türk tarixçisi Musa Kolankatlı özünün «Alban tarixi» kitabında çox hadisələr barədə məlumatlar versə də bu məlumatlar erməni və ruslar tərəfindən saxtalaşdırılaraq erməni mənbəyi və ermənilər haqqıda yanış məlumatlar verilməklə bizə gəlib çatmışdır. Bütün bunlara baxmayaraq tarixin süzgəcindən həmin hadisə və faktları nəzərdən keçirdikcə ermənilərin özləri üçün yaratmaq istədikləri tarixin puc və əfanələrdən ibarət olduğunu görürük.


Həmin kitabda deyilir ki, qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimaldan Midiyadan Qadriona qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına çatırdı. Müəllif burada Azərbaycanda türklərin yaratdığı Midiya Maday dövlətinin ərazisindən bəhs edir.Çox təssüflə qeyd etmək istəyirəm ki, qoy oxucular bilsinlər ki, Midiya dövlətinin farslara heç bir aidiyyatı yoxdur. Bu türk dövlətidir və bizim ərazimizdə eramızdan əvvəl 7-5 əsrlərdə mövcud olmuşdur. Müqəddəs «Tövrat» kitabında Yafəsin oğullarından söz açılarkən onlardan birinin adının Maday olduğu bildirilir. Eradan əvvəl 9-8 əsrlərə aid mixi yazılarda Madayın soyundan gələn xalqdan –maday xalqından və eradan əvvəl 7-6-cı əsirlərə aid mixi yazılarda isə bu xalqın Azərbaycanın cənubunda qurduğu Madayya dövlətindən söhbət açılır. Qədim yunan müəllifləri o, cümlədən eradan əvvəl 5-ci əsrdə yaşamış Herodat bu dövləti Midiya dövləti , xalqını isə midiyalılar kimi qeyd etmişdir. İndi özünüz baxın Yafəsin oğlunun farslara nə qarışacağı vardır.

Musa Kolankatlı kitabının 7-ci fəsli «Yafəs və Arandan başlayraq 3-cü Vaçaqana qədər Albaniyada hakim olan hökmüdarların siyahısı» adlı fəsil vardır. Həmin fəsildə o, Yafəsi Albanıyanın, yəni Azərbaycanın ilk xaqanı kimi təqdim edir və onun hökmranlığından söz açır. Hətta Yafəsin soyundan və bu soyun hakim olduğu ölkələrdən danışarkən də Azərbaycanı 1-ci sırada göstərir və ilk iki yerə Atropatena və Albaniyanı, yəni Azərbaycanın cənub və şimalını yerləşdirir

Bu yerdə bizə Azərbaycan tarixindən Universitetdə dərs deyən rəhmətlik Lətif müəllimin bir söhbəti yadıma düşür. O, deyirdi ki, Ermənistan Respublikasında Akademiyanın yaranması ilə əlaqədar İrəvan şəhərində böyük mərasim keçirilir. Həmin məransimə bütün müttəfiq Respublikalardan, eləcədə Azərbaycandan böyük bir nümayəndə heyyəti getmişdi. Orada Erməni Akademiki çıxış edərək bildirmişdir ki, Koroğlu erməni xalqının qəhrəmanlıq dastanıdır. Hətta orada Türkmənstandanda, Qazağıstanda, Qırğızıstanda olan nümayəndələr çıxış edərək Koroğlu dastanının onlara aid olmasını göstərmişlər. Bu vaxtı Azərbaycandan olan nümayəndə heyyətinin başçısı Səməd Vurğun çıxış edərək bildirmişdir ki, Koroğlu dastanı Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır. Həmin dastan erməni dastanı olsaydı onda o, kor oğlu yox, kor dığa olardı. Mübahisələrin genişləndiyini gördükdə isə Rusiya Elmlər Akademiyasından olan akademik söz alaraq bildirmişdir ki, Koroğlu dastanı bütün müttəfiq Respublikaların qəhrəmanlıq dastanıdır.Bir nəfər olsun belə həmin məclisdə oturanlardan durub deməmişdir ki, «Koroğlu» dastanı bütün türk düynyasının qəhrəmanlıq dastanıdır.

Bütün Tünk dünyasının qəhrəmanlıq dasanı olan «Dədə Qorqud kitabı» bütün türklərin birləşməsində ən önəmli rol oynayan bir dastandır. Bu dastanın tarixi barədə hələdə mübahisələr davam edir. Çox təəssüf ki, özlərini «Azərbaycanlı» adlandıran bir çox foklorşunas alimlər, tarixçilər «Dədə Qorqud kitabının» tarixini yaxın günlərimizə, VII əsrə, bəziləri VIII-XI əsrələrə aid edirlər. Bu bədbəxtrər başa düşə bilmirlər ki, bu dastan ilk insanların məskunlaşdığı bir vaxta aiddir. Həmin vaxtlar isə biz türklərdə eramızda əvvəllərə VIII əsrə aiddir. Hətta bu türk oğuznaməsinin ilk tədqiqtçısı alman şərqşunası H.F.Dits yazır ki, Homerin eramızdan əvvəl VIII əsrdə yaratdığı «İliada» və «Odiseya» poemalarına «Kitabi-Dədə Qorqud» un təsiri vardır. İngilis qorqudşunası C.Luisi yazır ki, Kitabi-Dədə Qorqud» dastanın tarixi çox qədimdir, İslam tarixindən xeyli əvvəl yaranmışdır. Təpəgöz motivi «Kitabi-Dədə qorquda» da var, antik dünyanın dahisi Homerin əsərində də əslində isə…»bu mövzu Qafqaz torpağı ilə bağlıdır».


Ermənilərin-hayların türk-müsəlman dünyasına həmişə zərəbələr vurmasını, onların hiyləgər və paxıl olmasının həmişə şahidi olmuşuq. Onlardan birisi barəsində 1905-1906-cı illərdə Erməni-Müsəlman davası adlı kitabında Mir Möhsün Həvvab yazmışdır. O, bildirir ki, Qarabağda baş vermiş bir çox erməni müsəlman davalarında o, vaxtkı Qarabağa göndərilmiş kazaklar bəzən həqiqətləri öyrəndikləri üçün müsəlman əhaliyə qarşı hörmətlə yanaşırdılar. Bunları görən ermənilər hər vastə ilə bu münasibətləri pisləşdirməyə çalışırdılar. Ermənilər axırda belə qərar gəlirlər ki, Xankəndində olan iki rus keşişinə və övrədlərinə 300 manat pul verirlər ki, Ağdama araba ilə getsinlər və orada Ağdamın yaxınlığında iki bağ deyilən yerdə paltarlarını əyinlərindən çıxarıb arabada gizlədərək, alt paltarlarında qızıqırıb haray əşir salmışdılar ki, bizi müəslmanlar soydular, bizə kömək edin. Kazaklar həmin şəxsləri hakimin yanına gətirirlər. Hakim rus millətindən olan şəxs bunları dinləyir və onların əyinlərində belə paltarların olmamasını və soyuqdan əsmələrin görüb bərk qəzəblənir və əhvalatı dərhal generala çatdırmaq və müsəlman əhalisinə divan tutmaq qərarına gəlir. Bu zaman təsadüfən orada olan müsəlman yasavul osetin millətindən olan şəxs hakimdən arabaya baxış keçirilməsini xahiş edir. Hakimin icazəsi ilə arabaya baxış keçirilərkən arabada iki keşişin və onların övrətlərinin paltarları və əşyalarının otun altında gizlətdiklərini görürlər. Bunu görən hakim qəzəblənir və əmr edir ki, keşişlər və arabaçı döyülsün. Keşişlərin yanında olan «Matuşkalar» onların döyülməsini və həbsxanaya getmələrini görərək həqiqəti hakimə danışaraq bildirirlər ki, Qımdatlar, yəni ermənilər onlara 300 manat pul verərək bu hiyləyə təhrik etdilər ki, biz müsəlmanları belə bir əməllə günahlandıraq və bunun nəticəsində ruslar müsəlmanları cəzalandırsınlar. Gördüyümüz kimi bu hiylənin üstünün açılması neçə-neçə günahsız müsəlmanın qanının axıdılmasının qarşısını aldı.


Farsların indiki İran ərazisinə sonralar, yəni e.ə.VIII-VII əsrələrdə gəlmələri tarixi tədqiqatlarla sübut olunmuşdur. və bu ərazidə məskunlaşmaları heç kimə gizli deyildir. Amma bizim tədqiqatçılar hələ də yanlış mənbələr üzərində bizim həqiqi tariximizi araşdırmaq istəyirlər.

Düşünürəm ki, bizim teoloji və mifoloji tariximiz də ciddi surətdə araşdırılmalıdır…

Bu xəbəri paylaşın: