AVMVİB Ağdaş rayon şöbəsində görüş keçirilib

AVMVİB Ağdaş rayon şöbəsində hər iki Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib. Tədbir iştirakçıları arasında Vətən müharibəsinin ilkin dövrlərində iştirak edən müharibə veteranları indiki döyüşlərdən çıxmış döyüşçülərlə görüşüb.

AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayevin təşkilatçılığı ilə baş tutan bu cür görüşlərin mütamadi keçirilməsi qərara alınıb. Tədbirdə müharibə veteranları ilə yanaşı media nümayəndələri də iştirak ediblər.

Xatırladaq ki, bu cür görüşlərin keçirilməsi cəbhədən qayıdan qazilərimizin cəmiyyətə adaptasiya olunmasında böyük əhəmiyyəti var. Bunu müharibə veteranları daha yaxşı bilirlər.

Elnur Səlim

Bu xəbəri paylaşın: