Daha bir müharibə veteranının oğlunun şəhid xəbəri gəldi

AVMVİB Tovuz rayon şöbəsinin üzvü Novruz Fəxrəddin oğlunun və AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyevin sosial şəbəkədə yaydığı məlumata görə daha bir müharibə veteranımızın da övladının şəhidlik xəbəri gəlib.

Verilən məlumata görə, şəhidimiz Qasımov Mustafa Dadaş oğlu Tovuz rayonu Qaralar kəndidəndir. Bir müddət idi ki, Mustafa Qasımovdan xəbər yox imiş. Vətən uğrunda döyüşlərdə şəhid olduğu aydınlaşıb. Şəhidimiz 22.12.2020-ci il Tovuz rayonunun Qaralar kəndində dəfn olunacaq.

Bütün Tovuz Qaziləri Tovuz Veteranları adından, AVMVİB Tovuz rayon şöbələrinin üzvləri adından şəhidimiz Mustafa Qasımovun atası qəhrəman Qazimiz Dadaş Qasımova başsağlığı verir və «Vətən sağ olsun» deyirik!

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Elnur Səlim

Bu xəbəri paylaşın: