“Armenpress”ə qondarma “DQR”in Hadrut regional ofisinin əməkdaşı Liona Petrosyan bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağın Hadrut qəsəbəsindən qaçqın düşən ermənilərin məişət şəraitinin təmin edilməsi hazırda Ermənistanın əsas prioritetinə çevrilib.
Onun sözlərinə görə, 14 000-ə yaxın Hadrut sakini 3 500-ə yaxın evdən qaçqın düşüb.
“Hazırda sakinlərin 75%-i Yerevanda, Kotayk və Ararat rayonlarında məskunlaşıblar. Hazırda onları yaşayış yerləri ilə təmin etmək üçün iş aparırıq”, – deyə Petrosyan vurğulayıb.
Bu xəbərdə maraqlı olan bir məqam var: «14 000-ə yaxın Hadrut sakini» Tam bir erməni statistik yalanıdır. Qondarma respublikanın siyahıyaalınma statistikasında 2019-cu ildə Hadrutda cəmi 11980 nəfər yaşadığı göstərilib. Yəqin qaçhaqaçda 2020 nəfər doğuş baş verib? Məzəniz ölsün, axmaqlıqda tayı-bərabəri olmayan yalançı millət.
Elnur Səlim
