Ağstafa veteranlarından örnək addım

AVMVİB Ağstafa rayon şöbəsi sədrinin müavini Ədalət Şükürovun verdiyi məlumata görə, rayon veteranlarından Qırılı kənd dayaq dəstəsinin rəhbəri, ehtiyyatda olan baş leytenant Şükür Tağıyevin təşəbbüsü ilə Vətən müharibəsində şəhid olmuş kənd şəhidlərinin əziz xatirəsinə həsr edilmiş Xatirə kompleksinin açılışını ediblər.

Ağstafa rayonunun Qırılı kəndinin 5 nəfər şəhidi var. Kənd sakinləri Emin Əvəz oğlu Əmrahov, Elvin Əmirxan oğlu Abdullayev, Təbriz İlqar oğlu Quliyev, Elvin Elsevər oğlu İmaməliyev və Əliheydər Səlahəddin oğlu Hüseynli Vətən uğrunda gedən döyüşlərdə öz canlarından keçmişlər.

Xatırladaq ki, Xatirə bulağınını tikintisi Şükür Tağıyevin təşəbbüsüylə aşağıda adları çəkilən 5 nəfər vətənpərvər soydaşımızın imkanları hesabına başa gəlib.

  1. Tağıyev Cavid Etibar oğlu
  2. Quliyev İlqar Pioner oğlu
  3. Abdullayev Anar Əmirxan oğlu
  4. Mahmudov Şahmar Saleh oğlu
  5. Məhərrəmov İlqar Rüstəm oğlu

AVMVİB Rəhbərliyi Ağstafa veteranlarına, xüsusən də Şükür Tağıyevə bu cür nümunəvi və örnək addıma görə öz minnətdarlığını bildirir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Məkanları cənnət olsun!

Elnur Səlim

Bu xəbəri paylaşın: