Gizir İsmayilov Əhməd Əli oğlu 30 iyun 1983 — cü ildə Füzüli rayonunda anadan olub. 1989 — 2000 — illərdə Tərtər rayon 2 saylı tam orta məktəbdə təhsil alıb.
Uşaqlıqdan kikboxsinqlə məşğul olan Əhməd beşqat Azərbaycan çempionu və beynalxaq turnirin qalibidir. Əhməd İsmayılov 2001-2003 — cü illərdə Naxcıvan MR — nın Şahbuz rayonda yerləşən «N» saylı hərbi hisənin kəşfiyyat bölüyündə hərbi xidmətdə olub.
Xidməti dövründə, 2002 ci ildə Ümummilli lider Heydər Əliyev Naxçıvan MR — na səfər edərkən Ümummilli liderlə görüşmüşdür. Əhməd 2004-2016- cı ilin aprel ayınadək Tərtər rayonunda kikboxsinq üzərə baş məşqçi kimi faliyət göstərmişdir. Vətənsevər məşqçinin onlarla yetirməsi yüksək naliyətlər qazanıb.
Əhməd İsmayılov 2016- cı il «Aprel döyüşləri»ndən sonra ordu sıralarına yazılmış və Tərtər rayonunda yerləşən «N» sayı Xisusi Təyinatlı taborda xidmətə başlayıb.
27 sentyabr 2020 — ci il tarixindən başlayan Vətən muharibəsində «Mirovdağ yüksəkliyi», «530 yüksəkliyi», Talış kəndi, Milli Qəhramanımız Mubariz ibrahimovub şəhid olduğu «Mübariz postu», Suqovuşan kəndi və daha 20 postun düşməndən azad edilməsi əməliyyatlarında döyüşüb.
Vətən müharibəsi zamanı Əhməd İsmayılov iki dəfə qəlpə yarası almağına baxmayaraq döyüşlərdə aktiv iştirak edib. Vətənimizə sədaqətlə xidmət edən gizir İsmayilov Əhməd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Ordusunun Yüzilliyi» yubiley medalı və «Vətən Müharibəsinin iştirakçısı» medalı ilə təltif olunub.
Qafqaz Qabil
#GizliFAYL (https://www.facebook.com/GizliFayl)
