Prezident azad edilmiş ərazilərdə bayrağımızı ucaltdı

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazidə Azərbaycan bayrağını ucaldıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı videogörüntünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında paylaşıb.

“Qarabağ Azərbaycandır”, — deyə Ali Baş Komandan bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlı və Zəngilan rayonlarına səfər ediblər.

Bu xəbəri paylaşın: