Bir ölkənin ki, dini lideri öz xalqını bilərəkdən qonşu ölkənin torpaqlarını işğal etmək üçün səfərbər olmağa çağırır, ondan və ya o xalqdan nə gözləyəsən?
Deməli, o xalqın günahıdır ki, özünə düzgün LİDER və ya dini LİDER seçməyib. Bütün ermənilərin katolikosu birinci Aram da belə bir dini «LİDERDİR. O, bu gün utanmadan qarşıdan gələn 2021-ci ili «artsax» ili elan etdi.
Yəqin ki, bu çağırışın mənasının nə olduğunu izah etməyə ehtiyac yoxdur. Şərhlərinizi və ürək sözlərinizi bilmək maraqlı olardı.
İSMAYIL TANRIVERDİ
BDU-nun erməni araşdırmaları üzrə Böyük elmi işçisi

Bu xəbəri paylaşın:
