Qərb və Şərq qarşıdurması?

Qurban VAHİDOV

Tədqiqatçı-araşdırmaçı, analitik

Cəmiyyətin sivilizasiyalı intiharı

Nə üçün iqtisadi cəhətdən inkişaf etmiş qərb ölkələrində əhali sayı azalır. Nə üçün orada həyat eşqi, yaşamaq iradəsi zəifləyir? Nə üçün qərb sivilizasiyasında cox surətlə Tanatos kompleksi yayılır? Deyirlər Qərb cəmiyyətində şəxsiyyət aktiv fəaliyyət, özünütəsdiq, yaradıcılıq ilə məşğul olduğuna görə potensial olaraq uşaq üçün vaxt tapmırlar. Onların təbirincə, uşaq müasir həyatda mənfəətsizdir (qərb individinin şəxsi vaxt baxımından) və ya iqtisadi imkanlar məhduddur. Deyirlər bu günki həyatımızda stress həddindən artıq coxdur və bu da sağlamlığa cox pis təsir edir. Deyirlər insanlarbu stressin təsirindən alkoqol və narkotik asılılığa daha cox meyl edirlər. Daha nələr demirlər!

Son 40-50 ildə qərb sivilizasiyası qəflətən cox surətlə yayılan müxtəlif növ psixiki, psixonevroloji və psixoloji pozuntu və xəstəliklərlə rastlaşdı. Qərb dünyası cox yayılmış bir xəstəliyin-psixiatrik xəstəliyinin cəngindədir. Demək olar ki, Avropada ümumi xəstəliyin 20%-i psixi pozuntularla bağlıdır. Dünyanın on ən yüksək intihar göstəricisi olan ölkələr — Avropadadır.

Rəsmi verilən məlumatlara əsasən, Rusiyada on milyonlarla insan psixi pozuntulardan əziyyət çəkir. Onlardan 300 min nəfəri stasionarlarda müalicə olunur. Rusiyada ən cox yayılmış psixi xəstəlik-şizofreniyadır. Ölkədə hər iki nəfərdən biri (daha dəqiq 40%) xəstəliyə çevrilməyən psixi pozuntulara malikdir. Rusiya Federasiyasında “problemi bəlli olmayan və həll edilməyən psixiki xəstəliklərə görə” hər bir insan 10 ilini öz həyatından itirir. Hər il Rusiyada 60 min özünüintihar hadisəsi baş verir ki, bu da avtomobil yollarında məhv olan insanlardan iki dəfə coxdur.

Narkomaniya nədir? Mənşəcə o da spesifik psixoloji xəstəlikdir. Rusiya hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən 1990-93-cü illərdə rəsmi qeydiyyata alınmış narkomanların sayı təqribən 20 min olmuşdur. Növbəti dövrlərdə, 10 il ərzində narkotikdən asılı insanların sayı bir neçə dəfə artmışdır: 1997-ci ildə 83 min nəfər, 2000-ci ildə 180 min nəfər, 2003-cü ildə 228 min nəfər, 2007-ci ildə 283 min qeydiyyata alınmışdır. Aydındır ki, Rusiyada real narkomanların sayı on dəfələrlə coxdur.

Psixi pozuntuların yaranmasına səbəb olan spirtli içki qəbul edən insanların sayının çoxalması Rusiyada əhali artımına təsir mühüm amillərdəndir. Hal-hazırda ölkədə 1,5 milyon insan rəsmi qeydiyyatdadır. Bir cox mütəxəssislərin rəyinə görə Rusiyada xroniki baxımdan asılı insanların sayı 15 milyondan, 20 milyona qədərdir. Spirtli içkilərin katastrofik qəbulu, rusların təbiətən içkiyə meyilli olması deyil, şəxsi həyat mənasının psixoloji defisit sindromu ilə bağlıdır. Bunlarda əsasən kişilərdə daha çox hiss olunur.

2001-ci ildə uzun ömürlüyə görə Rusiya dünyada 100-cü yerdə qərarlaşmışdır. Dörd ildən sonra, 2005-ci ilin əvvəllərinə bu göstəriciyə görə Rusiya 122-ci yerə enmişdir. Orta həyat ömrü həddi kişilər arasında 58,6 il, qadınlar arasında 73 ildir. 30%-dən yuxarı (real olaraq daha coxdur) kişilərin ölümü bu və ya digər mənada spirtli içkiyə meyilliliq ilə bağlıdır.

Tanatos sindromu

İmpotensiya müasir qərb sivilizasiyasının psixoloji diaqnozunun ən təhlükəlisidir. İnkişaf etmiş qərb dövlətlərində impotentlərin sayı artaraq, kişi əhalisi arasında 80%-yə çatmışdır. Artan impotensiya cox təhlükəli fenomen-“spermatozoid böhranı” ilə müşaiyət olunur. İnkişaf etmiş qərb ölkələrində kişilərin spermatozoid hasil etmək imkanları yavaş-yavaş aşağı düşür. On illər bundan əvvəl başlanmış prosesin sürəti il ərzində mənfi 1,5-2% təşkil edir. Daha dəqiq qeyd etsək 30-40 ildən sonra Qərbdə kişilər mayalanma, döl vermək keyfiyyətlərini itirəcəkdir. İnkişaf etmiş ölkələrdə kişi taqətsizliyi ilə müqayisədə qadın ədəbsizliyi yüksək templərlə inkişaf edir. İmpotensiya və qadın əxlaxsızlığının başlıca səbəbləri pozğunluq, pornoqrafiya, fahişəlik, dəri-zöhrəvi xəstəliklərinin yayılması və mülki nigahların coxalmasıdır. Misal üçün Böyük Britaniyada dəri-zöhrəvi xəstəliklər 5 dəfə artmışdır.

Qərb dünyasında impotensiyanın katastrofik surətlə irəlilləməsinin başlıca səbəbi-hökmranlıq edən həyat tərzi və stilidir. Şəxsiyyət belə sosial mühitdə şüurlu şəkildə daimi mədəni-seksual təxribatlara həvəsləndirilir və nəticədə həqiqətən nizamsız seksual həyat tərzi elektrik vampiri olaraq kişilərin həyat enerjisini mənimsəyir.

Müasir Qərb cəmiyyətində qadın geyimi və xarici görkəmi. Müasir qadınlar tərəfindən cəmiyyətə sıranan dəb və davranışlar, onların geyimi, xarici görkəmi kişilərin şüur altına çox təhlükəli formada təsir edir. Müasir moda qadınları geyindirmir, əksinə onun tam və ya qismən soyunmasına şərait yaradır. KİV-də tamaşaçıya təqdim olunan müvafiq reklamlar qadın bədəninin istismarı üzərində qurulmuşdur. Seksual simvol kimi qadınlar müasir şou-biznesin, ticarətin, televiziyanın, reklamın, kino və iş istehsalının tərkib hissəsi olmuşdur. Bu təxibatlar məhz kişilərə və onların şüurunun işğalı üçün nəzərdə tutulmuşdur. Müxtəlif dərəcəli soyunmuş qadınlarla işdə, küçədə, informasiya mühitində rastlaşan kişilər hər dəfə öz şüurlarının gen və molekulyar səviyyələrində özünəməxsus mini-atom partlayışı hiss edirlər. Təbii olaraq kişi normal səviyyədən uzaqlaşır və bəzi hallarda alkoqol və narkotiklərdə kömək etmir.

Qərb qadınının dominant həyat stili nəinki uşaq dünyaya gətirmək, hətta bəzi hallarda sağlam uşaq dünyaya gətirmək iqtidarında deyildir. Qeyd edilənlər ilk növbədə işgüzar və aqressiv qadınlara aiddir. Belə qadınlar üçün birinci yerdə onun karyerasıdır. Buna görə də ali təhsilli, diplomlu alman qadınının 40% uşaqsız olurlar. Karyera etmək üçün Qərb qadını uşaq dünyaya gətirməkdən imtina edir və bu səbəbdən biznes-ledilər arasında lesbiyankaların sayı durmadan artır.

Qərb sivilizasiyasında vüsət alan Tanatos sindromunun iki əsas səbəbi vardır. Birincisi, iqtisadi faktordur. Qərb soçiumunun əsas komponenti-istehlakçı qadındır. İstehsalın ən gəlirli sahəsi-istehlakçı qadın üçün hazırlanan mallardır. Məhz dünya qadınlarının 75% yaxşı alıcılardır. İkincisi, demək mümkündürsə -“mavilər” faktorudur. Müəyyən mənada Qərb yarımkürəsini “maviləşən sivilizasiya” adlandıra bilərik. Qomoseksual cəmiyyətin güclənməsi və təsir imkanlarına malik olması səbəbləri qərb cəmiyyətinin evalusuya xarakteri ilə birbaşa qarşılıqlı əlaqəli olmasındadır.

Hal-hazırda köklü Böyük Britaniya əhalisinin hər 20 nəfərindən biri ya qeydir, ya da lesbiyankadır. Seksual azlıqların cəmiyyətin yuxarı təbəqələrinə təsir imkanları da mövcuddur. Qomoseksualistlər nəinki öz dəyərlərini və dünyagörüşlərini gizləyir, hətta texnotron cəmiyyətdə çox aktiv formada təbliğ edirlər. “Mavilik” nəinki dəbdir, hətta karyera üçün də çox vacibdir.

Böyük partiya liderləri və şəhər merləri fəxrlə “mavi” olmalarını elan edirlər. Dünya üzrə məşhur müğənnilər, rəssamlar, dizaynerlər, modelyerlər, bəstəkarlar və şou-biznes aləminin tanınmışları qomoseksual mənsubiyyətlərini aqressiv nümayiş etdirirlər. Televiziya və kinonu faktiki olaraq “mavi klanlar” zəbt ediblər. Bircinsli nigahlar son 10 ildə artıq ekzotika kimi deyil, norma kimi qəbul olunmaqdadır.

Finlandiyada onu «Yaşıllar» içində Mavi adlandırırlar. Prezidentliyə namizəd olub. Кандидат в президенты Финляндии Пекка Хаависто (справа) с супругом Антонио Флоресом

16 yaşlı yeniyetməni zorlamış amerikan senatoru və homoseksualisti Dj. Stads, katolik ştatı Massaçusetsdən təkrar senatorluğa namizədliyini verərək seçilmişdir.

Senator B. Frenk fahişəxana sahibi sevgilisinə himayədarlıq edərək ittihamdan çox asanlıqla yayındırmışdır. Bunlar azmış kimi senator Frenk, Prezident Klintonun dövründə fahişəxana sahibini senatın açıq iclaslarına gətirirdi. Homoseksualist Dj. Xormel 2001-ci ildə ABŞ-ın Lyuksemburqda səfiri təyin olunmuşdur.

Amerika kəşfiyyatının yüksək rütbəli zabiti “Mərkəzi Kəşfiyyat idarəsi daxilində yayılan homoseksualizm və narkomaniyaya” etiraz olaraq sovet KQB-nə öz xidmətlərini təklif etmişdir.

Qərbdə xristianlıq da “maviləşir”. ABŞ-ın qədim protestant kilsəsi olan Xristosun Birləşmiş kilsəsində 1972-ci ildə protestantizm tarixində ilk dəfə olaraq birinci homoseksualist pastor peyda oldu. Birləşmiş Xristos kilsəsinin Baş sinodu bu yaxınlarda eynicinsli cütlüklər arasında nigah bağlanmasını təqdir etdi. Bu qərarı sinodun 80% nümayəndəsi müdafiə etdi. Homoseksualizmə köklü şəkildə münasibətini dəyişən ingilis kilsəsi hec də Xristosun Birləşmiş kilsəsindən geri qalmır.

Kenterberiysk kilsəsinin arxiyepiskopu Royen Uilyams və kilsənin rəhbəri son zamanlar dəfələrlə rəsmi şəkildə mavilərə “pozitiv münasibətlərin” dəyişməsinin vacib olduğu haqda çıxışlar etmişlər.

December 12, 2016 — Costa Mesa, California, USA — Trump supporter Nestor Moto, Jr., who also suppports the OCC COllege Republicans argument that instructor Olga Perez Stable Cox overstepped her bounds when she made comments about Trump, argues with a supporter of Cox ruing a rally and counter-protest in Costa Mesa, California, December 12, 2016…Moto was upset of the woman’s use of the LGBT flag. Moto argued that by using the flag in an argument that had nothing to do with gay rights it gave the impression that the other side was anti-gay…A video clip of Cox telling her human sexuality class that electing Trump was an act of terrorism has gone viral. A student said the teacher asked all Trump supporters to stand up so she could, »Show the class who to watch out for’ (Credit Image: © Jeff Gritchen/The Orange County Register via ZUMA Wire)

Dəyişən və stabil olmayan dünyada dayaqlar axtaran insanlar “xristianlığa” etibar etmək istəmirlər. Əsrlər ərzində təsbit olinmuş təlimlərə və müqəddəs dini kitabların göstərişlərinə xristian din xadimlərinin əməl etməmələri qərb insanlarının islam dinini qəbul etmələrinə səbəb olmuşdur. Bəşəriyyət tarixində inanc və ailə anlayışının bir vəhdəti olmuşdur. Toplumlar nə qədər çox dinə, imana bağlıdırlarsa, həmin millətlərdə doğum səviyyəsi yüksək olmuşdur.

Nüfuzlu modalar evinin yaradıcıları və rəhbərləri “cinsi azlıq” cəmiyyətlərinin ideoloqları və liderləridir. Qərb cəmiyyətinin həyat tərzini, stilini və modasını məhz onlar müəyyənləşdirir. Ali hakimiyyət eşalonunda lider mövqeləri tutmaq, siyasi, sosial-mədəni sahəni ekspansiya (işğal) etmək üçün “mavilər” yaxşı təşkilatlanmışlar.

Sivilizasiyaların rəqabəti

İslama qarşı total təqiblər mövcuddur və burada heç bir illuziyaya ehtiyac yoxdur. Sivilizasiyaların “toqquşmasının” qarşısının alınması, “sivilizasiyaların dialoqu” və sair kimi aparılan coxsaylı siyasi toplantılar, konfranslar, dialoqlar, ziyalı diskussiyaları “fikirləri yayındırmaq məqsədləri daşıyır.

İslam dünyası ilə qərb sivilizasiyası münasibətlərinin kəskinliyini 4 əsas faktor müəyyənləşdirir. Birincisi qlobal qərb iqtisadiyyatı getdikcə energetik defisit hiss edir. Dünyanın neft ehtiyatının 70%, təbii qazın 49%, uranın 21% olduğu islam dünyasından qərbin asılılığı getdikcə yüksəlir.

Öz sivilizasiya maraqlarından çıxış edən Qərb, şəksiz olaraq islam dünyasının strateji resursları üzərində nəzarəti tətbiq etməyi çalışacaqdır. Bir çox müsəlman və ərəb ölkələrinin hakim rejimləri qərb cəmiyyətinə inteqrasiya olunmağa meyl göstərmirlər və buna hazır deyillər.

İkincisi, islam dünyasına sıranan qloballaşma — iqtisadi, hərbi, siyasi, ideoloji, mədəni formada Qərbin dominasiyasıdır.

Qərb sivilizasiyası praktiki olaraq avropa, şimali amerika, rus, hindistan, yapon sivilizasiyalarının qalıqlarını həzm etmişdir. Bu gün cox uğurla Qərb sivilizasiyası Çin sivilasiyasını özünə inteqrasiya etdirir. İslam dünyası isə dini faktor və səbəblərə görə sivilizasiyalı müqavimət göstərmək gücündədir.

Afrika, Yaxın Şərq və Asiya (Çin və Asiya “pələngləri istisna olmaqla) qitələrinin İslam ölkələri ilə ABŞ və Avropa dövlətlərinin ticarət dövriyyəsi 9%-dən çox deyildir. Bu ticarət dövriyyəsinin 2/3 hissəsi neft və neft məhsullarının payına düşür. İslam dövlətləri reqionlarına ABŞ-ın ümumi investisiya həcmi 1,8 faiz, Avropa İttifaqının isə investisiya həcmi 4 faizə yaxındır.

Bundan əlavə müsəlman icmaları qərb həyat tərzi stilində ərimilər, əksinə effektiv olaraq öz dini adət və ənənələrini qoruyurlar.

Ancaq müasir qlobalizasiya – sərfəli qlobal bazar və bazar seqmentlərin yaradılması və istehsalında güzəştə getməyən kobud korporativ bir modeldir. Məsələn, nə üçün qərb ideoloqları və siyasətçiləri cox inadla “emansipasiya”, “bərabər hüquqlar”, “işləmək hüququ”, “qadın azadlığı” və sair kimi şüarlarla müsəlman qadınlarının “müdafiəçisi” qismində çıxış edirlər.

Hal-hazırda planetimizdə 700 milyondan çox müsəlman qadın vardır. Potensial olaraq bu axırıncı Qərb tərəfindən ram olunmayan çox böyük bir bazardır. Fundamental islam prinsip və normalarını dağıtmaq, müsəlman soçiumunu silkələyərək köklü islam prinsip və normalarını dağıtmaq, mümkün olarsa, qərbin işğalı üçün cox geniş iqtisadi mühit yaranır.

1992-1996-cı illərdə Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Patrik Byukenen “Qərbin qürubu” adlı məşhur kitabında yazmışdır: “Elmdə, texnologiyada, iqtisadiyyatda, sənaye istehsalında, kənd təsərrüfatında, silah istehsalında, demokratik cəmiyyət quruculuğunda Amerika, Avropa və Yaponiya kimi nəhənglər bir neçə nəsil irəli getmişlər. Ancaq İslam dünyası Qərbin itirdiklərini qoruyub saxlaya bilmişdir. Dinə bağlılıq, ailə sahibi olmaq, övlad böyütmək, milli-adət ənənələrini qorumaq kimi keyfiyyətlərə malik olan və əxlaqsızlığı rədd edən İslam dünyası isə itirməmişdir. Hal-hazırda elə bir Amerika və Avropa ölkəsi tapmaq mümkün deyildir ki, orada yerli əhali azalmasın və əxlaqda tənəzzül olmasın, ancaq islam dünyasında əhalinin gündəlik artımı müşahidə edilməkdədir”.

P.S. Məqalə 2010-cu ildə yazılmışdır.

Bu xəbəri paylaşın: