KUMAN KİTABINDA ARSAQ TÜRKLƏRİ

Pompeji Troqun epimatoru Justinus, skifilərin Misirlilərdən daha qədim olduğunu belə ifadə etmişdi: «İskitilərlə Misirlilər arasında soyun qədimliyi haqqında uzun bir mübahisə olsa da, İskit soyu ən qədim olandır».

Misirlilər üstün mədəniyyətə sahib olmasına baxmayaraq, İskitlər daha qədim dövrdə yaşamışdılar. İndi çoxsaylı sənədlər sübut edir ki, İskitilərin kollektiv adı fərqli Türk nəsllərindən ibarətdir.

Qədim yazarlar Massagetlərə, Alanlara, Sakalar və Partlara Skiflər-«Scythians» deyirdilər. Son vaxtlar isə yunan yazıçıları onlara açıq-aydın Türk deyirdilər. Theophanus Byzantinus açıq şəkildə farsların öz dillərində «Kermichionlar» dediklərinin türklər olduğunu ifadə etmişdi. Ammianus Marcellinus, Alanların Massagetlərdən törədiyini açıqlamışdır: «Alanlar bu adı dağlardan almışdılar».

Strabonun Massagetlər ilə oxşar olduğunu dediyi Sakalar, bir zamanlar Oxus və Jaxartes arasındakı bölgələrdə yaşayırdılar. Məlumdur ki, türk xalqı həmişə tutduqları bu sahələri əldə saxlamışlar. Qalliyanın öndə gələnlərindən Guiardus de Lauduno, XIII əsrin əvvəlində, Partları bu dövrün türkləri ilə və bu xalqların xüsusiyyətləri ilə ən yaxşı şəkildə bir araya gəldiyini söyləmişdi. «Çünki kökləri Türk olanların, qədim adı Part idi.»

Burada Partlar (Romalılar arasında Arsac-es-Arsaklar) və Massagetin (ma-saq), Saka-rumun (yunanlılar arasında Sakai) olması şübhəyə yer buraxmır. Sak, Saka şərqdəki Türk sözü ilə eynidir, sağ, bacarıqlı, ağıllı, qabiliyyətli, gələcəyi görən və s. anlamda işlənən sözlərdir.

«Kuman Book Codex Cumanicus»dan Prof.Dr. İlhami Durmuş «İskitler» məqaləsindən

P.S. Bu gün həyasızcasına haylar torpaqlarımızı işğal etməklə yanaşı öz iyrənc niyyətləriylə tariximizə də dil uzadaraq Arsaq adını iyrənc şəkildə «Artsax» adlandıraraq Türkə meydan oxuyurlar. Bizim «tarixçi Avrosentrizmin kahinləri» isə susmaqda davam edirlər…

Bu xəbəri paylaşın: