Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Rusiya qüvvələri ilə MÜŞTƏRƏK xidmət edəcəklər

Erməni mətbuatı yazır: «TURK HƏRBÇİLƏRİ DƏ RUSİYA HƏRBÇİLƏRİ İLƏ BİRLİKDƏ DAĞLİQ QARABAĞDA XİDMƏTƏ BAŞLAYACAQLAR».

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri briqada generalının komandanlığı ilə Azərbaycana yola düşdülər. Bu barədə Türkiyənin NTV kanalına istinadən TACC məlumat verib.

Mənbənin verdiyi məlumata görə, yanvar ayından etibarən Rusiya qüvvələri ilə birlikdə Türkiyə hərbi qüvvələri də Dağlıq Qarabağın müşahidə mərkəzində MÜŞTƏRƏK xidmət edəcəklər.

İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: