Ermənistanın Əmək və Sosial İşlər Nazirliyi, Qarabağda qeydiyyatdan keçmiş təxminən 90.000 vətəndaşa maddi yardım edib.
Armenpress-in verdiyi məlumata görə, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan mətbuat konfransında deyib.
“Son müharibədən sonra nazirliyimizin əməkdaşları demək olar ki, bütün müharibə nəticəsində yaranan sosial problemlərin həlli prosesində iştirak edir. Artsaxda qeydiyyatdan keçmiş vətəndaşlara maddi yardım göstərdik, hər bir nəfər üçün 68.000 AMD (245 manat), əmlakı olmayan şəxslər üçün 15.000 (54 manat) əlavə ödəniş etdik.
Bu qrupda hadisədən faydalanmayan bəzi istisnalar var”-deyə Arakelyan bildirib.

Onun sözlərinə görə, hazırda 90 min vətəndaşa artıq 6,5 milyard dram həcmində yardım göstərilib.
Nazir proqramı istifadə edən vətəndaşların faktiki faydalananların demək olar ki, 98 faizini təşkil etdiyini və bu anda müraciət etməli və bu proqramı istifadə etməli olan bir neçə min vətəndaşın qaldığını söyləyib.
Qarabağda qeydiyyatdan keçmiş vətəndaşlara yardım proqramından faydalananlar Azərbaycan tərəfindən başladılan müharibə nəticəsində didərgin düşmüş və həqiqətən Ermənistanda və ya Qarabağda qeydiyyatdan keçmiş Qarabağ «vətəndaşlarıdır».
Rusiya MN yaydığı informasiyaya görə isə son sutka ərzində Ermənistandan Qarabağa daha 540 erməni gətirildiyi bildirilir. Qeyd edilib ki, bununla da Qarabağa qaytarılan ermənilərin sayı 44590-a çatıb. Rusiya sülhməramlıları ermənilərin Xankəndiyə qaytarılması, onların yerləşdirilməsi, kommunal problemlərin həlli, humanitar yardım, tədrisin bərpa olunması, modul evlərin tikilməsi və s. kimi ermənilərə genişhəcmli yardım göstərir. Xatırladaq ki, Ermənistan tərəfi 90 min qaçqın qəbul etdiyini dəfələrlə açıqlamışdı.
Armenpress-in yaydığı bu informasiyanın tam yaymaqda bir məqsədim var. Burada erməni sayını dəqiqləşdirmək mümkündür. Xatırlayırsınızsa, dəfələrlə yazmışam ki, nə Sovet işğalı dövrü, nə də indi Qarabağda heç zaman 100 min erməni yaşamayıb. Bu demoqrafik erməni yalanıdır və ən son 2017-ci ilə aid statistik məlumatlarda erməni sayı 147 min nəfər göstərilib: «2017-ci il üçün hesablamalara görə, Dağlıq Qarabağın erməni əhalisi 147 min nəfər idi ki, bunun da 56,7% -i şəhərlərdə cəmləşmişdi. 1 dekabr 2015-ci il tarixində keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə görə, DQR əhalisi daimi əhalinin 145 053 nəfər (ölkədə müvəqqəti olmayanlar da daxil olmaqla) və ya cari əhalinin sayı 140 535 nəfəri idi (DQR ərazisindəki müvəqqəti ölkədən çıxmadan siyahıyaalmada qeyd edildi). 2005-ci il siyahıyaalmasına görə respublikanın daimi əhalisi 137 737 nəfər, 1995-ci ildə 126,400 nəfər olub».
Amma yardım paylanan siyahıda bu rəqəm 90 min göstərilir və bu rəqəmin 98%-i əhatə etdiyi vurğulanır. Təqdim olunan siyahıda isə ən azı 20 min nəfər ölkəmizdə qalmaqda olan qanunsuz terror dəstələrinin üzvləri və onların ailələridir. Ali Baş Komandan cənab İ. Əliyev dediyi kimi bölgədəki erməni sayı cəmi 65 min nəfər ola bilər. Bu fakt sadə, sıradan bir fakt deyil. Şok, maraqlı və s. bu tipli materiallar axtaran mediamız bu faktı dünya informasiya məkanına çıxarmağa çalışmalıdır. Dövlətdən qrant alıb boş-boş şeylərə xərcləyənlər də bu məsələyə diqqət ayırmalıdırlar. Susqunluqda və yarıtmazlıqda Bayram Səfərovu bütün ölənlərinə rəhmət oxudan Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, erməni dili öyrənməkdənsə, demoqrafik cəhətdən etnik çoxluğa malik icmanın səsini dünyaya çatdırmalıdır.
Təkrarən təxmin olunan azərbaycanlı icmasının siyahısını diqqətinizə çatdırıram:
Xankəndi — 17 000
Xocalı — 27500
Şuşa — 34200
Xocavənd — 12216
Ağdərə — 14800
Cəmi: 105716
Bu bilirsiniz nə deməkdir? 30 il ərzində Rusiya imperiyası «etnik erməni çoxluğu», müqəddəratı təyin etmə və s. saxtakarlığı ilə dünyanı aldatmaqla məşğul olub və bu gün də Matviyenkonun ağzıyla statusdan dəm vurur. Rusiya yaxşı bilir ki, «pişik ağzında balasını daşıyan kimi bölgəyə erməni daşımasa» bu mənfur kartını da artıq itirib. Elə ona görə də öncə qanunsuz hərbi birləşmələrin çıxarılması qrafikini tələb etməli və karidor üzərində aidiyyatlı (SQ, Kömrük və s.) punktlarını yaratmalıyıq. Rusiyanın bölgədəki fəaliyyəti tam nəzarətə alınması üçün parlament komissiyası yaradılmalı və pasport rejiminin ardıcıl olaraq yoxlanmasına başlanmalıdır. Qəti qələbəyə gedən yol bunları etməyimizdən asılıdır.
İndi 30 illik məcburi köçkünlərlə maraqlanmayan Rusiya sülh məramsızları, bəlkə erməni haykanuşlarını gecələr qorxmasınlar deyə tualetlərə aparmaq üçün gəliblər? Azərbaycanlı icması artıq qayıdışı uğrunda müraciətlərə başlamalıdır.
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
