Bu gün AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, sədr müavini Zakif Abbasov və üzvlərimiz Nurəddin Quliyev, Hüseyn Bağırov Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşdə üz nahiyəsindən və ayağından ağır qəlpə yarası alan, hospitalda müalicə aldıqdan sonra məzuniyyətdə buraxılan Naxçıvan XTQ-nin mayoru Qarayev Asəf Ənvər oğlunu ziyarət etdik.
Görüşdə qazimiz keçdiyi döyüş yolundan söhbət açdı.
Sonra AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə imzalanmış «Müharibə Veteranı» Xatirə medalını və Birliyin üzvlük vəsiqəsini Asəf Qarayevə təqdim etdik.
İnşallah Asəf məzuniyyətini qurtarıb tezliklə ordu sıralarında xidmətini davam etdirəcək.
Qeyd edək ki, Asəf Qarayevdöyüşlərdə göstərdiyi şücaətə görə Prezident tərəfindən «Azərbaycan Bayrağı» Ordeni ilə təltif olunub. Qazimiz atası müharibə veteranı, AVMVİB Zəngilan rayon şöbəsi sədrinin müavini Ənvər Qarayevin oğludur.
Qazimizi təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq.
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri



