Qarabağ Qazisi Nağıyev İsmət Talıb oğlu.
Tovuz rayonu Əsrik-Cırdaxan kəndində anadan olub. Bu həmin İsmətdir ki, ilk öncə onun şəhidlik xəbəri hər birimii məyus etmişdi, sorada yas mağarına İsmətin özündən zəng gəldi. Şükür Allahı böyüklüyünə.
İsmət son döyüşdə agır yaralansa da, hal- hazırda müalicəsi davam edir. Qəhrəman Qazimiz göstərdiyi İgidliyə görə «Vətən Uğrunda «və «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif olunub. Səninlə fəxr edirik, İsmət.
Xatırladım ki, İsmətin atası Talıb Nağıyev də Qarabağ Qazisidir. 1992 -1995-ci illərdə Tovuz rayonunun müdafiəsində qəhrəmancasına döyüşüb. Talıb Nağıyev Tovuz «Boz qurd » batalyonunun qəhrəman döyüşçülərindəndir.İsmətin bir qardaşı Taleh İbrahimov da hal hazırda Ordumuzun sıralarında Vətənin müdafiəsindədir.
Allah sənə şəfa versin, İsmət!
Novruz Fəxrəddin oğlu
AVMVİB Tovuz rayon şöbəsi

