Hadrutda erməni terrorçuları ilə toqquşma baş verməsi, nəticədə Azərbaycan hərbçisinin şəhid olması barədə xəbəri yayılıb.
Bu barədə Teleqramda məlumatlar yayılıb. Məlumata görə, Hadrut istiqamətində erməni diversantların hücumu nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü çavuş Qəmbərov Elmir Rail oğlu şəhid olub.

Teleqram kanallarında yayılan məlumatlarda deyilir:
— Hazırda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri bölgədə anti-terror əməliyyatı keçirir;
— Erməni terrorçularından əsir götürülənlər var, Ordumuzun şəhid verdiyi haqda da xəbərlər yayılıb;
Terrorçu qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın dünən yaydığı açıqlamada erməni terrorçularının hücumlarının anonsu verilmişdi. Həmçinin Paşinyanla görüşdə də Qarabağdakı vəziyyət müzakirə edilib.
Açıqlanmış bilgilərə görə, “Bildirmək istəyirəm ki, biz Hadrutu, Əsgəranı qaytaracağıq”, — Balasanyan demişdi. Bu açıqlamalardan bir gün sonra Hadrutda edilən terror hücumu ermənilərin planının ərazini yenidən “nəzarət altına almaq” olduğunu təsdiqləyir.
Ötən dəfə keçirilən anti-terror əməliyyatında 160-a qədər erməni terrorçu əsir götürülmüşdü. Qeyri rəsmi mənbələrdən alınan məlumatlara görə, Azərbaycan tərəfindən 1 şəhid, 5 yaralı və 1 əsir olması bildirilir. Qarşı tərəfdən isə 6 nəfər öldürülməsi, 6 nəfər isə əsir götürüldüyü deyilir. Deyilənlərə görə, ermənilərin ərazidə qazdıqları tunel vasitəsiylə diversiya hücumu təşkil edirlər, məlumatda antiterror əməliyyatı başladılması deyilir.
Azərbaycan Müdafiə nazirliyi olayla bağlı heç bir açıqlama verməyib. Düşmən və onun mövcud olduğu ərazilərə nəzarət gücləndirilməlidir.
Elnur Səlim
