Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayevin verdiyi məlumata görə, daha bir veteranımızın oğlu qalib əsgər kimi cəbhədən qayıdıb.
AVMVİB Ağdaş rayon şöbəsinin fəal üzvlərindən olan müharibə veteranı Mürbət Orucovun oğlu Orucov Qismət Mürbət oğlu ordu siralarindan tərxis olunub. Atalarının iziylə gedən qəhrəmanlarımızdan daha bir nəfəri geri dönüb.
Veteranımızın õvladı ordu sıralarına 21 sentyabr 2020-ci ildə cağrılmışdır. Müzəffər ordumuzun sıralarında döyüş əməliyyatlarında iştirak edib. Tarix yazan igidlərimizdəndi.
Bu gün AVMVİB Agdaş rayon şõbəsi rəhbərliyi ənənəvi olaraq qəhrəmanımızı qarşılamış və tədbir kecirilmişdir. Qəhrəmanımız Qismət Mürbət oğlu Orucov Qubadlı və Laçın istiqamətində dõyüşlərdə ləyaqətlə vuruşub.
Gözünüz aydın, əsgər atası!
Türkay Xaqan
