Azərbaycanda son sutkada COVİD -19-a yoluxma azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib, aktiv xəstə sayı 10 743 nəfərdir.


Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •