İtkin əsgərimiz axtarılır…

Müvafiq dövlət qurumlarının təmsil olunduğu xüsusi komissiya itkin düşən əsgərlərimizin axtarışını fasiləsiz şəkildə davam etdirir.

60 nəfər döyüşçü əsgərimizin taleyi hər birimizi narahat edir. İtkin əsgərlərimizdən biri də Rəcəb Nəcəf oğlu İsmayıllı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xəttiylə xidmətə yollanıb.

Rəcəb Nəcəf oğlu İsmayıllının yaxınlarının dediyinə görə, onunla son telefon əlaqəsi 29 oktyabr 2020-ci ildə, Qubadlı istiqamətində olub. Ogündən əsgərimizdən heç bir xəbər yoxdur.

İtkin əsgərimiz haqqında məlumatı olanlar redaksiyaya müraciət edə bilərlər.

Türkay Xaqan

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •