ATALAR VƏ OĞULLAR: Minaya düşən zabitimizin atası da müharibə veteranı imiş

Xəbər verdiyimiz kimi ötən gün Qubadlıda iki hərbçimiz minaya düşüb.

Hadisə günorta saatlarında baş verib. Hərbçilərimiz hərbi maşında hərəkət edərkən minaya düşüblər. Nəticədə Dövlət Sərhəd Xidmətinin zabiti, mayor 1988-ci il təvəllüdlü Sərxan Muxtarov şəhid olub, sürücüsü əsgər Səfərov Məcid isə ağır yaralanıb və hospitala çatdırılıb.

Bu gün Gəncədə şəhid mayor Sərxan Muxtarovun dəfn mərasimi keçirilib. Şəhidin qardaşı qardaşı da zabitdir və hazırda “N” saylı hərbi hissədə xidmət edir.

Şəhidimizin atası İlqar Muxtarov isə qazidir. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Bir sözlə, hərbçi xarakteri və vətənpərvərlik bu ailənin genlərindən gəlir.

Allah şəhidimizə rəhmət eləsin!

Məkanı cənnət olsun!

LEYLA Həsənova

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •