KERKEQORUN ÜÇ HƏYAT TƏRZİ NƏZƏRİYYƏSİ VƏ MÜASİR AZƏRBAYCAN

Zabit Babayev

Sözen Kerkeqor danimarkalı filosof idi. 1813-cu ildə doğulmuşdu. O, insan həyatı üçün vacib olan həqiqətləri əhəmiyyətli həqiqətlər hesab edirdi. Bu vacib həqiqətləri anlatmaq üçün Kerkeqor üç cür həyat tərzi olduğunu deyirdi:

1) Estetik;

2)Etik;

3)Dini həyat tərzi.

— Estetik həyat tərzili adam gününü yaşayır, hər anından zövq almağa çalışır, gözəl olan, kef verən hər şeyi yaxşı hesab edir. O, duyğularının aləmində yaşayır, ovqatının qulu olur.

-Etik həyat tərzli adam insan əxlaq qanununun işığında yaşamağa çalışır, bu adam üçün ciddiyyət, əxlaq seçimləri əsas cəhət hesab olunur.

-Dini həyat tərzi Kerkeqora görə estetik və ya etik həyat tərzindən bezmiş insanların və dolanışıqda əzab-əziyyət çəkən insanların özlərini xilas etmək üçün Tanrı qucağına atılmalarıdır.

Kerkeqor xristianlığa inam məsələsi kimi baxırdı və bu dinin əqli həqiqiliyini inkar edirdi. Qeyd edirdi ki, xristianlıq insanların inancına deyil, ağlına müraciət etsəydi, o, inanc məsələsi olmaqdan çıxardı. Marks isə bu fikri bütün dinlərə aid edirdi.

Kerkeqorun üç həyat tərzi nəzəriyyəsinin yaşadığımız cəmiyyətdə müqayisəsini aparsaq, hansı mənzərənin şahidi olarıq?

Filosofun bizə təqdim etdiyi hər üç həyat tərzi bizdə də var. Bu, ayrı -ayrı insanların timsalında təzahür edir. Estetik həyat tərzli insanlar günlərini səyahətlərdə, restoranlarda kecirənlərdir. Onlarin maşın kolleksiyaları, bahalı saatları, daxildə və xaricdə böyük mülkləri və s. var.

Etik həyat tərzli adamlar həqiqi ziyalılar, gerilik və mənfiliklərlə razılaşmayan müxaliflər, Vətənini canından çox sevən kasıb övladları, dövlətini və millətini sivilləsdirməkdə maraqlı olan şair və yazıçılar, alimlər və hakimiyyət orqanlarındakı Hikmət Hacıyev kimi məmurlardır.

Dini həyat tərzli adamlar çox az sayda həqiqi mənada dinə inananlardan, vaxtilə vəzifədə bic əməllərlə məşğul olub, vəzifədən çıxarıldıqdan sonra «mominləsən» insanlardan və dinə qazanc mənbəyi olaraq, yiyələnmiş dırnaqarası dindarlardan ibarətdir.

Bizdə Kerkeqorun həyat tərzi nəzəriyyəsində nəzərdə tutulmayan bir həyat tərzi də var. «Fədai,» qəzetinin baş redaktoru, görkəmli qələm sahibi Xaqani Ədəboglu Rzaqulibəy onları «bic-biclər» adlandırır. Bic-biclərin mənsub olduğu həyat tərzinin mahiyyəti ondan ibarətdir ki, bu həyat tərzli adamlar şəraitdən asılı olaraq istəyəndə etik, estetik və ya dindar olurlar.

Filosoflar insanların həyat tərzini müsbətə yönləndirmək üçün çox düşünmüşlər. Marks hesab edirdi ki, bundan ötrü istehsal münasibətləri, məhsuldar qüvvələr və istehsal vasitələrinin məcmusu olan bazisə məxsusluğu dəyişmək lazımdır. Marksın bu çağırışı kapitalistləri qorxutmus və onlar sistemlərini dəyişməklə həyat tərzini nisbətən yaxsilasdırmıslar.

Biz də inkişaf etmiş ölkələrin təcrübəsini öyrənib özümüzdə tətbiq etməklə ölkəmizdə yaxşı həyat tərzi formalaşdırmağa nail olmalıyıq.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •