Təbrik: Təyyar Eminov — 57

AVMVİB Qubadlı rayon şöbəsi sədri Təyyar Eminovun 57 yaşı tamam oldu.

AVMVİB-nin fəal üzvü və şöbə sədri kimi bir çox döyüş bölgələrində əsgərlərimizin yanında olub. Əsgərlərimizə və müharibə veteranlarımıza daim maddi-mənəvi dayaq olan Təyyar Eminov bu gün də öz missiyasını davam etdirməkdədir.

Göstərdiyi fəaliyyəti təşkilatın təsis etdiyi Xatirə medalları ilə təltif olunub.

Ad günü münasibətiylə Təyyar Eminovu təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq. Düşməndən azad edilmiş Qubadlı torpaqlarında daha səmərəli fəaliyyət arzulayırıq!

100 yaşa, Təyyar bəy!

Bütün gözəlliklər sizin olsun!

AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi

Bu xəbəri paylaşın: