«Дежавю» Telegram kanalı Paşinyanın tibbi müayinəsinin təfərrüatlarını təqdim edib.
“11 yanvar tarixinə planlaşdırılan Moskvaya səfərindən bir həftə əvvəl Rusiya Federasiyasından, Baş nazir Paşinyanı hərtərəfli müayinə etmək üçün bir qrup həkim gəldi. Eyni zamanda, müayinə zaçanı Rusiyadan gətirilən avadanlıqdan istifadə olundu ki, Rusiya tərəfi nəticələrə etibar edə bilsin.
Yeri gəlmişkən, araşdırılmış nəticələr hazır olmadığı üçün ziyarətin vaxtı olduqca gec elan edildi.
Ancaq qənaətbəxş nəticələr aldıqdan sonra həkimlər bir şərt qoydular ki, qırxılmamış saqqal mikrob və müxtəlif infeksiyaların mənbəyinə çevrilə bilər. Paşinyan qırxmamağa icazə verilməsini istədi, çünki saqqal onun talismanıdır (2018-ci il inqilabı zamanı — red.)

Və bunun əvəzinə dezinfeksiya etməyi təklif etdi. Moskvadakı həmkarları ilə çox aparılan müzakirələrdən sonra həkimlər onun mümkün qədər təhlükəsiz olan cüzi saqqal buraxmasına icazə verdilər.
Paşinyanın «brendinə» çevrilən saqqalını qısaltması, məhz bununla bağlıdır ” deyə tg-kanal qeyd edib.
Saqqalını da rus əmriylə qırxan bir Ermənistanın bizə hərdən qalxıb «xox» gəlməsini, məhz mövcud duruma görə Rusiya ilə bağlayırıq. Çünki Ermənistan Rusiyanın platsdarmıdır və oradakı yığnaq sadəcə «erməni-erməni» oynayırlar. Kiçik Ermənistanı qura bilməyən bu zavallı toplum «Böyük Ermənistan» xülyasına düşmələrinə gülməyə bilmirsən. Bir ölkənin sərhədləri, yolları, enerji təminatı, müəssisələri və hətta arvadları belə ruslara məxsusdursa, böyük Ermənistan bunların harasına yaraşır?
Elnur Səlim