İran Ermənistanla ticarət əlaqələrini genişləndirir

Ermənistanla İran iqtisadi-ticari əlaqələrin genişləndirilməsi istiqamətində danışıqlar aparacaqlar.

Bu barədə rəsmi Ermənistan mətbuatı xəbər yayıb.


Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tapşırığı ilə, 22-26 yanvar tarixində ölkənin İqtisadiyyat naziri Vahan Kerobyan, nazirliyin xarici əlaqələr idarəsinin rəisi Armen Ayvazyan və Ermənistan XİN-in Qonşu ölkələr üzrə idarəsinin 3-cü katibi Qarik Qriqoryan Tehrana səfər edəcəklər.


Ermənistan hökumətinin yerli mətbuata verdiyi məlumata görə, səfərin məqsədi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin perspektivlərinin müzakirəsidir.

Bu xəbəri paylaşın: