Qazilər baxımsızlıqdan şikayətlənirlər…

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinov sosial şəbəkədə etdiyi bir paylaşımda qazinin vəziyyətini ictimailəşdirmək istədiyini yazıb.

Paylaşımda deyilir: «Şəkillərdə gördüyünüz bu cavan oğlan, 1988-ci il təvəllüdlü Bayramov Vahid Məmmədəli oglu Vətən Müharibəsi iştirakçısıdır. Hal — hazırda Daşkəsən rayonunda baxımsız vəziyyətdə evində yatır. Bu şəkilləri özü şəxsən mənə göndərib. Rayon xəstəxanasına dərman və sargi dəyişmək üçün lazim olan dərmanlari həyat yoldaşi həkimlərə deyib. Cavab belə olub ki, şükür et, salamat qayıdıb biz nə edək?

Səs yazıları və video görüntüsü də var. Belə vicdansızlıq olmaz. Daşkəsən rayon İcra Hakimiyyətinin nūmayəndələri bir dəfə ziyarətində olun. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin nümayəndələri, ümumiyyətlə, işlərini yola salib, salamat gəlmək möhrünü vurmaqla işlərini bitmiş hesab edir. Bu qurum ümumiyyətlə, lazımsız bir qurumdur. Bu adama əlillik dərəcəsi təyin olunmalıdır, Hərbi həkim komisiyasi sənədləşdirmə aparmalıdır. Belə olmaz. Sahil Babayevin yerli şöbələri belə insanların taleyinə biganə qalmamalıdır.

Xahiş edirəm ki, paylaşıb ictimailəşdirək».

Fedai.az

Bu xəbəri paylaşın: