Ərdoğan: «Bir gecə anidən gələ bilərik»…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

Fedai.az Publika.az-a istinadən xəbər verir ki, jurnalistlərdən biri Prezidentə “Sincara hərbi əməliyyat təşkil edilə bilərmi” sualını ünvanlayıb.

Ərdoğan sualı belə cavablandırıb: “Ortaq əməliyyatları hər zaman həyata keçirməyə hazırıq. Amma bunları açıqlamaqla əməliyyatlar keçirilməz. Mənim məşhur bir sözüm var – bir gecə anidən gələ bilərik”.

Qeyd edək ki, İraqın şimal-şərqində yerləşən Sincar Türkiyəyə yaxın mövqedədir və burada İŞİD terror qruplaşması məskunlaşıb.

Bu xəbəri paylaşın: