
Allahverdi Gündoğdu
21-Cİ ƏSR, 2021-Cİ İL VƏ 21 YANVAR…
Nələr gördük və bizi nələr gözləyir?..
Sərlövhəyə baxan kimi, sayğıdəyər oxucularımız düşünəcək ki,necə yəni Şəhid düşmənçiliyi? Uca Şəhidlərimizin, əbədiyaşar Şəhidlərimizin bir düşməni var ki, o da 200 ildən bəri yavru Vətənimizi paramparça edən, sinəmizə olmazın dağlarını çəkən, insanlarımızı kütləvi surətdə doğma ocaqlarından didərgin salan, şəhər və kəndlərimizi sözün həqiqi mənasında xarabazara çevirən ,insanlıqla heç bir araya sığmayan faşist xislətli erməni və ruslar olub.
Bu məsələnin üzdə olan, görünən tərəfi. Bəs görünməyən tərəfi hansılardır?
Bunlar o qədər çoxdur ki, sadalamaqla qurtarası deyil. Mən isə konkret olaraq, bir məsələ üzərində dayanmaq istərdim:
— Uca Şəhidlərimizə qarşı yönəlmiş araseçkilikdən, daha doğrusu onlara qarşı törədilmiş və davam etməkdə olan xəyanətdən. Nə qədər narazılıq etsək belə, son illər Azərbaycanın iqtisadi yüksəlişi, xüsusilə torpaqlarımızın işğaldan azad olunması sahəsində aparılan məqsədyönlü siyasət və nəticədə əldə etdiyimiz böyük Zəfərlər göz qabağındadır. Bütövlükdə götürəndə milləti nə səfalət, rifah yox , yalnız Qarabağ məsələsi düşündürürdü. Şükürlər olsun ki, bu gün biz illərdən bəri sinədağımıza çevrilən Qarabağ məsələsinin 90% müsbət həllinə nail olmuşuq. Əminəm ki, yerdə qalan on faizin həllinə isə mərhələ-mərhələ nail olacağıq.
Burada isə əsas problem nədir? Onu da deyim ki, rus donuzlarının Qarabağa burunlarını soxmasını, yaxud da şərəfsiz hay tör-töküntülərinin burada qalıb-qalmamasını mən problem hesab etmirəm. Əsas problem illərdən bəri Azərbaycanın dövlət idarəçiliyinin yadqanlıların və yadellilərin, o cümlədən rusbaşlıların və rus nökərlərinin idarəçiliyində olmasıdır. Gördüyünüz kimi, son aylar ölkə Prezidenti, Ali baş Komandan Hikmət Hacıyevlə meydanda tək qalıblar. Komanda üzvləri onlara hansı dəstəyi verirlər? Yəqin ki, hər gün həmin «dəstəyi» televiziya ekranlarından izləyirsiniz. Həmin inventarlar komandası hər vəhclə böyük Zəfərlərə kölgə salmağa çalışırlar. Ən pisi də odur ki, onlar böyük Zəfərləri millətimizə qazandıran uca Şəhidlərimizə, qəhraman Qazilərimizə, müzəffər Azərbaycan Ordusuna və onun qətiyyətli Ali Baş Komandanının ünvanına çamur atmaqdan belə çəkinmirlər. Çünki bu torpaq — Vətən onlara aid deyil.
Ulu öndər Heydar Əliyev 1995-ci ildə Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı fərman imzalamışdı. Bundan sonra ölkə üzrə təhsil müəssisələrinə, əsasən də orta məktəblərə Şəhidlərin adı verildi, məktəblərdə büstləri ucaldıldı, adlarına küçələr verildi və s. və i.a. Bu, əslində onların — Şəhidlərimizin halal haqları idi. Bu təhsil ocaqları bundan sonra sıradan təhsil verən bir orta məktəb yox, yeniyetmə və gənclərimizin hərbi- vətənpərvərlik mərkəzlərinə çevrildilər. Bu,eyni zamanda Şəhid ailələrinə böyük təskinlik gətirirdi. Hətta bununla qürur duyanlarımız da az deyildi.
Bir müddət keçdi, təxminən 2006- 2007 -ci illərdən sonra haram əllər Şəhid ünvanlarına da uzanmağa başladı. Belə ki dövlətin, əsasən də Heydər Əliyev Fondunun dəstəyi ilə orta məktəblərdə kompleks təmir və yenidənqurma işləri vüsət almağa başladı. Təmirdən sonra həmin məktəblərin əksəriyyətində Şəhid büstləri yığışdırılmağa başladı. Elə bu iyrənc aksiyanın biri də Səbail rayonundakı Etibar Əliyev sdına 162 saylı tam orta məktəbdə həyata keçirildi. Bu Vətən xainlərinin «əməliyyatları» davam edən vaxtlarda araşdırmaçı jurnalist, Qarabağ Qazisi, AVMV İB-nin mətbuat katibi, Fədai.az saytının və Fədai qəzetinin baş redaktoru, dəyərli qardaşımız aşkarladı ki, sən deməyəsən, vaxtilə Heydər Əliyevin imzaladığı fərmanı Prezidentin xəbəri olmadan, Nazirlər Kabinetindəki xəyanətkarlar gizli surətdə dəyişərək, ora iyrənci bir bənd əlavə ediblər : «Yalnız Azərbaycanın iki dəfə Milli Qəhrəmanı olanın büstü ucaldıla bilər». Bu erməni və ermənixislətlilər də «kəşf etdikləri həmin yeniliyi» əllərində dəstəvuz edərək, orta məktəblərdən Şəhidlərimizin büstlərini yığışdırmağa start verdilər.
Və Şəhid büstləri yığışdırılan məktəblərin təmirdən sonra açılışına təşrif buyuran Dövlət başçısından bu məsələ gizli saxlanılırdı . Yəni Dövlət başçısı bilmirdi ki, təmirdən əvvəl bu məktəb Şəhid adı daşıyıb və burada Şəhidin büstü olub?!
Hazırkı vəziyyətdə isə bu,başqa formada davam edir. Məlumdur ki, Vətən Müharibəsi başlayanda, təkcə Ordumuz yox, bütövlükdə millətimiz ayağa qalxdı. Hərbi Çağrış və Səfərbərlik Xidmətlərinə könüllü gənclərimiz sözün həqiqi mənasında axın etdilər. Bu,heç vaxt görmədiyimiz bir mənzərə idi. Heç bir təmənna güdmədən döyüşlərə şığıyan Aslanlarımız Vətən deyib, Qarabağ deyib Müqəddəs Yola çıxdılar. Öz şirin canları hesabına millətimizi üzqaralığından xilas edərək Zəfər çaldılar. Onları şərəfli Şəhid adına uyğun müqəddəs Şəhidlər Xiyabanlarında urvatla, böyük ehtiramla əbədi məkanlarına yola saldılar. Nə yazıqlar olsun ki, burada da dediyim gözəgörünməz xain əllər işə düşdü. Heç bir lüzum olmadan, Şəhidlər Xiyabanında kifayət qədər yer olmasına baxmayaraq, onların bir qismini Şəhidlər Xiyabanından kənarda, ümumi qəbirstanlıqlarda dəfn etdilər. Belə bir addımı isə yalnız bəzi Şəhid valideynlərinin təkidi ilə, yaxud da yer çatışmamazlığı ucbatından etmək olardı. Həmin Vətən xainləri belə yaramazlıqlardan birini Badamdar qəbirstanlığında həyata keçiriblər. Bu qəbirstanlıqda iki yerdə, həm də yöndəmsiz bir yerdə Şəhidlərimizi dəfn ediblər. Məzar daşlarından və ora yeni çəkilmiş asfalt örtükdən məlum olur ki, o Şəhidləri orada onların ailələri deyil, dövlət içində yuva salmış Vətən xainləri dəfn etdiriblər.
Badamdar qəbirstanlığında uyuyan Şəhidlərimizdən dörd nəfəri Şəhid Etibar Əliyev adına Səbail rayonundakı 162 saylı tam orta məktəbin məzunlarıdır. Təbii ki,həmin valideynlər öz Şəhidlərini ziyarət etmək üçün tez-tez ora yollanacaqlar. Bu binəvalar ora necə getsinlər, marşrut yox, filan yox, hər tərəf çamur içində. Axı bu kasıb Şəhid valideynlərinin o qudurmuş harınlar kimi imkanları yoxdur ki, bu maşından düşüb, o birisinə minsinlər. Unutmayın ki, bu xəyanətkar addım öncə müqəddəs Şəhid adını daim uca tutan, Şəhid ailələrinə, Qazilərə və veteranlara hər cür qayğı göstərən Ali Baş Komandana qarşı yönəlmiş bir xəyanət və təbii ki, Şəhid ailələrinə qarşı hörmətsizlikdir. Ayrıseçkiliyə məruz qalmış Şəhidlərimizin Şəhidlər Xiyabanında dəfn edilməsi az da olsa o valideynlərə bir təskinlik olardı…
Bunun bir adı xəyanətdirsə, digər adı həmin valideynlərin dövlət üzərinə qaldırılması deməkdir. Uca Şəhidlərimizin nə zamanı var, nə də məkanı, onlar Tanrı qatında məskunlaşmış mənəvi dəyərlərimizdir. O üzdən, Şəhid üçün o kriteriya olmasa da, valideynləri üçün vardır. Bakının rayonlarında dəfn edilən Şəhidlərimizin valideynlərinin Şəhidlər Xiyabanlarına ayaqları düşəndə ( məzar daşları ucaldılmamışdan qabaq, bəzilərinin üstünə rayon ünvanları da yazılırdı), onlar bu yazıları oxuyub, nə düşünməlidirlər?
-Araseçkilik! Ayrı ad tapa bilmirəm. Tanrı tifaqlarını dağıtsın, bu araseçkilik salanların!
Son günlər qalib Ali Baş Komandan ölkədə aparılacaq ciddi islahatların anonsunu verdi. Bu qaçılmazdır. Köhnə inventarlarla Azərbaycanı irəli aparmaq mümkünsüzdür. Sözün həqiqi mənasında ciddi islahatlar aparılmayacaqsa, yenə dövlətimiz yadelli və yadqanlıların, rusbaşlıların və nökərlərin ixtiyarında qalacaqsa, nə qanımız-canımız bahasına qazanılan Zəfərlərin, uğurların , nə də doğma Yurdlarımıza Böyük Qayıdışın bir qara qəpik dəyəri olmayacaq. Deyək ki, Vüqar Səfərlini tutub, qazamata saldın, bu, xərçəng kimi neştərini Azərbaycana sancmış şəbəkənin kiçik bir zərrəsidir, axı. Bəs dəyişən nədir? Bu sahəyə səriştəli mətbuat xridarı lazımdır. Çətindir, çox çətin. Azərbaycanın gələcəyi haqqında düşünən hər kəs , bundan sonra Dövlətimiz ətrafında daha sıx birləşməlidir. Əminəm ki, Azərbaycan qarşıdakı sınaqlardan da üzüağ çıxacaq,
TURANIN parlayan ulduzuna çevriləcək! 21-ci əsr TURAN əsri olacaq! Uca Şəhidlərim və onların valideynləri qarşısında ehtiramla baş əyirəm! Sayğılarımla!
P.S. 21 rəqəminin müqəddəs olduğuna da inanıram!
